Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:00

Silahlı basqında Azərbaycan vətəndaşı ölməyib


Münhendə atışma - operativ görntülər
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Münhendə atışma - operativ görntülər

«Münhendəki ticarət mərkəzində silahlı basqında həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onunun deməsinə görə, araşdırma hələ də davam edir. Amma Azərbaycan vətəndaşı olan kimsənin xəsarət alması və ya ölməsi barədə məlumat qeydə alınmayıb. «Əgər bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək»,-deyə H.Hacıyev qeyd edib.

O, Azərbaycan səfirliyi əməkdaşlarının Almaniyanın uyğun qurumları ilə daim əlaqə saxladığını bildirib.

İyulun 22-də Münhendəki ticarət mərkəzlərindən birinə silahlı basqın olub. Ölənlərin sayının 10-a çatdığı bildirilir. Hadisə nəticəsində ən azı 20 nəfərin xəsarət aldığı deyilir.

XS
SM
MD
LG