Səudiyyə rəsmisi bildirib ki, onun ölkəsi ABŞ-ın sanksiyalarına görə, dünya bazarından çıxan İran neftinin yerini doldurmaq üçün Vaşinqtonun istəyini yerinə yetirir.
Kralın varisi, şahzadə Muhammad Bin Salman bunu “Bloomberg New”a müsahibəsində deyib.
Onun sözlərinə görə ABŞ Səudiyyə Ərəbistanı və neft istehsal edən bir sıra ölkələrin birləşdiyi Opek təşkilatından xahis edib ki, İrandan neft ixracı azalacağı halda onun yerini doldursunlar.
Salman bildirib ki, OPEK təşkilatı son vaxtlar istehsalı gün ərzində 1,5 milyon barel artırıb.
Mənbə yazır ki, ABŞ prezidenti Donald Trump-sa neftin qiymətinin dünya bazarında bahalaşmasına görə OPEK təşkilatını günahlandırmaqda davam edir.
Bu həftə neftin bareli London birjasında son 4 ildə görünməmiş həddə-86 dollardan da yuxarı qalxıb.
Buna da bax:Son 4 ildə neftin qiyməti maksimuma çatdı
Amma neft treyderləri narahatdırlar ki, Səudiyyə Ərəbistanı istehsalın həcmini lazımınca tez artırmır və İran neftinin yerini doldurmağa onun lazımnca gücü çatmır.
Şahzadə Salmansa “Bloomberg”ə deyib ki, Səudiyyə Ərəbistanı hazırda gün ərzində 10,7 milyon barel neft çıxarır ki, bu rekorda yaxındır və İrandan itirilən neftin yerini doldurmaq üçün istehsalı daha 1,3 milyon barel artıra bilər.
Amma bir sıra analitiklər istehsalıın tezliklə gün ərzində 12 milyon barelə çatdırılması və bunun uzunmüddətli olmasının mümkünlüyünü şübhə altında qoyurlar.