Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:11

Son 4 ildə neftin qiyməti maksimuma çatdı


Neft buruğu

İki sutkadır «Brent» markalı neftin barrelinin qiyməti 85 dollardan yüksəkdir. Sonuncu dəfə belə yüksək qiymət dörd il öncə qeydə alınmışdı.

Son bir neçə ayda yanacağın qiyməti durmadan artmaqdadır, bu artım noyabrda ABŞ-ın İrandan enerjidaşıyıcıların ixracı ilə bağlı sanksiyaları bərpa etməsi təhlükəsi fonunda baş verir.

Daha bir amil son 30 ildə birinci dəfə Küveytin ABŞ-a xam neft satışını dayandırmasıdır. Bu ərəb ölkəsi neftini daha gəlirli Asiya bazarlarına yönləndirmək niyyətindədir.

ABŞ prezidenti Donald Tramp bugünlərdə dünya bazarında neftin qiymətinin düşməsi üçün dərhal addımlar atmağa çağırıb. O, Səudiyyə şahzadəsinin Amerikanın yardımı olmadan iki həftə belə duruş gətirə bilməyəcəyini söyləyib. Bununla da, Ağ ev sahibinin enerjidaşıyıcıların qiymətinin düşməsi üçün monarxiyaya təzyiq göstərdiyi deyilir.

«Reuters» bir neçə qaynağa istinadla Rusiya ilə Səudiyyə Ərəbistanının sentyabrda qiyməti saxlaya bilmək üçün neft hasilatının artırılması yönündə qeyri-rəsmi anlaşma bağladıqlarını bildirir. Onların bu haqda Vaşinqtonu məlumatlandırdıqları da qeyd olunur. Xəbər agentliyinin qaynağı deyib ki, Moskva ilə Ər-Riyad anlaşmanı ictimailəşdirməməyə çalışıblar, bununla da onların Ağ evin istəklərinə uyğun davranmadıqlarını sərgiləmək istəyiblər. Başqa qaynaq qeyd edib ki, Səudiyyə Ərəbistanı neft hasilatını müştərilərin istəyi ilə artırıb.

«Reuters» xəbər verir ki, Rusiya son zamanlar neft hasilatını kəskin artırıb və sutkalıq hasilat təxminən 11.5 milyon barreldir, bu da OPEK-in müəyyənləşdirdiyi limitdən 160 min barrel çoxdur. Bu, son 30 ildə rekord göstəricidir.

XS
SM
MD
LG