Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:35

Birinci ledi: 'Prezident ölsə, onun meyitini dəstəkləməliyik!'


Zimbabve prezidenti Robert Mugabe (ortada) və birinci ledi Grace Mugabe (solda)

Zimbabvenin 92 yaşlı prezidenti Robert Mugabenin arvadı deyib ki, dövlət başçısı hətta ölsə belə, gələn il keçiriləcək seçkilərdə “meyit kimi” iştirak etməlidir.

Grace Mugabe hakim Zanu-PF partiyasının bəzi vəzifəli rəsmilərini ərinə qarşı qəsd hazırlamaqda ittiham edib və deyib ki, əri vəfat etsə belə, tərəfdarları onun adını seçki bülletenlərinıə yazaraq qutuya salmalıdırlar.

“Əgər Allah onu aparmaq qərarına gəlsə, onda biz bir meyit olaraq onun arxasında durmalıyıq” – deyib birinci ledi Buhera şəhərində keçirilən çoxminlik mitinqdə.

Qərb mediası yazır ki, gələn həftə 93 yaşına qədəm qoyacaq prezident son günlər ictimaiyyət qarşısında az-az görünür və əvəzində onun 51 yaşlı arvadı xeyli fəallaşıb.

Mugabe 1980-ci ildə müharibə başa çatandan bəri Zimbabveyə prezidentlik edir.

Grace Mugabe ərinin hələ partizan müharibəsi zamanından qalan bəzi silahdaşlarına xəbərdarlıq edib ki, prezidentlik üçün onlar da çox qocadırlar.

Xanım Mugabe deyib ki, əri ilə partizan müharibəsində olanlar da qocadırlar və əri getsə, onlar da getməlidirlər.

“Sonra biz hakimiyyəti ələ alacağıq, çünki həmin partizan müharibəsində olmamışıq” – deyib Mugabenin arvadı.

Prezidentin özünə gəldikdə isə, o xalqa hələ 100 yaşınadək yaşayacağını vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG