Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:30

Məcburi xəstəxanaya salındığını deyən müəllimin şikayəti təmin edilməyib


 Fuad Mehrəliyev
Fuad Mehrəliyev

Astara şəhər 2 saylı orta məktəbin keçmiş ingilis dili müəllimi Fuad Mehrəliyevin işə bərpa olunması ilə bağlı şikayəti təmin olunmayıb. Avqustun 30-da keçirilən Şirvan Apellyasiya Məhkəməsi Astara Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.

Bu barədə AzdlıqRadiosuna Fuad Mehrəliyev özü məlumat verib:

“Polisdə həkim mənə “paranoid” diaqonuzu qoyub. Polisin gücü ilə ruhi xəstəxanda məni yatızdırıblar. Məktəbdə rüşvətə “yox” dediyim üçün. Hər iki məhkəmədə vəsatət qaldırdım, ekspertiza istədim. Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədov vəsatəti rədd etdi. Şirvan Şəhər Apellyasiya Məhkəməsi vəsatəti qəbul etsə də sona qədər mövqeyində durmadı. Sağlamlıq haqqında arayışları Apellyasiya Məhkəməsinə təqdim etsək də nəticəsi olmadı. İnsanlar xəstə olmalarını sübut etmək üçün aylarla tibbi komissiyalara ayaq döyürlər. Məhkəmələr mənimlə bağlı bir nəfər həkmin rəyini düzgün hesab edirlər. Mən ekspertiza istəyirəm, vermirlər. Məni bu yolla cəzalandırırlar ki, başqalarına dərs olsun. Ali Məhkəməyə hazırlaşırıq”.

Səsləndirilən iddialar hələlik, Şirvan Şəhər Apellyasiya Məhkəməsi-ndən münasibət almaq mükün olmayıb. Bir qədər əvvəl isə Astara Rayon Polis Şöbəsindən Azadlıq Radiosuna bildirmişdilər ki, F.Mehrəliyev şikayətlər əsasında xəstəxanaya göndərilib. Üstəlik, şöbədən vurğulayıblar ki, o gətirilərkən hər hansı zorakılığa yol verilməyib.

Astara məhkəməsində olanlar

Astara Rayon Məhkəməsi ötən il dekabrın 7-də Astara şəhər 2 saylı orta məktəbin keçmiş ingilis dili müəllimi Fuad Mehrəliyevin işə bərpası haqqında müraciətini rədd etmişdi. O da öz növbəsində apellyasiya şikayəti vermişdi.

Onda hakim Mübariz Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti səbəb olaraq F. Mehrəliyevin xəstə olduğunu əsas kimi qeyd etmişdi.

F.Mehrəliyev qərarı qərəzli və sifarişli sayırdı. O deyirdi ki, məhkəmənin gedişi zamanı qaldırdığı, o cümlədən onun xəstəliyi ilə bağlı ekspertizanın təyin olunması barədə vəsatətlərin heç birisi təmin olunmayıb:

«Mənim işdən çıxarılmağım barədə əmr, həmkarların protokolu qanunsuz və saxta idi. Hakim bütün bunları kənara qoyub xəstəliyimi əsas götürdü. Halbuki, mənim xəstəliyim barədə bircə həkimin rəyi var. Bir həkimin rəyi əsasında iş gördülər. Hakimə də etiraz etdim. Bu da qəbul edilmədi».

F.Mehrəliyev daha sonra isə demişdi:

«Əslində rüşvətə «yox» deməklə prezidentə dəstək olmuşam. Sosial şəbəkələrdə bununla bağlı çıxışlar etmişəm. Buna görə mənə tələ qurdular».

Dükanlara bir ətək borcu olan müəllim...
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Xatırlatma

Hələ ötən il mayın 14-də AzadlıqRadiosunun saytında Astara şəhər 2 saylı orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyevlə müsahibə təqdim edilmişdi. Orada rüşvətə bulaşmadığını deyən müəllim məktəb direktorunun işdən çıxarılmasını və bu məsələyə təhsil nazirinin münasibət bildirməsini istədiyini dilə gətirmişdi.

F.Mehrəliyevin iddiasına görə, məktəbdə müəllimlərdən pul yığılır və buna etiraz etdiyindən direktor Maya Həsənova dəfələrlə şagirdlərinin yanında onu məzəmmət edib və şəxsiyyətini alçaltmağa çalışıb.

Astara şəhər 2 saylı məktəbin direktoru M.Həsənova isə həmin vaxt AzadlıqRadiosuna demişdi ki, rüşvətdə suçladığına, ona şər atdığına görə F.Mehrəliyevi məhkəməyə verəcək: «Müəllimlərdən pul yığmırıq. Nə üçün yığmalıyam? Maaş alırıq, bu da bizi qane edir. Müəllim məktəb üçün nəsə edir, özü bilər. O mənlik deyil».

F.Mehrəliyev bir müddət sonra Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına aparılıb. 27 gündən sonra «kəskin paranoid» diaqnozu ilə oradan çıxıb.

F.Mehrəliyev xəstə olmadığını, sifarişlə xəstəxanaya yönləndirildiyini bildirir. Bu diaqnozdan sonra məktəbdəki həmkarlarının iştirakı ilə iclas keçirilib və işdən çıxarılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG