Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:11

‘Müəllim elə bir addır ki...’


Ceyhun Bayramov

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü qeyd edilir.

Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov bu münasibətlə müəllimləri təbrik edib.

“Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir”, deyə məktubda yazılıb.

Nazir təbrikində vurğulayıb ki, müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir.

Müəllifə görə, bütün dünyada qeyd olunan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü cəmiyyətin memarları olan insanların böyük zəhmətini və dəyərli fəaliyyətini vurğulamaq üçün bir imkandır.

Nazir habelə qeyd edib ki, son illərdə Azərbaycanda təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub.

Hazırda Azərbaycanda 4400-dən çox orta məktəbin fəaliyyət göstərdiyi və bu məktəblərdə 150 minə yaxın müəllimin çalışdığı qeyd edilir.

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG