Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:20

Baş prokuror 'Mueller hesabatını' bir neçə həftəyə təqdim etməyi planlaşdırır


Baş prokuror William Barr
Baş prokuror William Barr

ABŞ ədliyyə naziri bildirib ki, o xüsusi prokuror Robert Mueller-in hesabatının ictimaiyyət üçün nəzərdə tutulmuş versiyasını bir neçə həftə ərzində təqdim etməyi planlaşdırır.

Bu hesabata görə prezident Donald Trump-ın 2016-cı il seçki kampaniyası Rusiya ilə heç bir sövdələşməyə daxil olmayıb.

ABŞ dövlət strukturunda həm də Ədliyyə Nazirliyinin başçısı hesab edilən baş prokuror William Barr martın 24-də ABŞ Konqresinə Mueller hesabatının 4 səhifəlik xülasəsini təqdim etmişdi.

Lakin Barr bildirir ki, ona bu hesabatın nə qədərinin ictimaiyyətə açıqlana biləcəyini müəyyənləşdirmək üçün bir qədər vaxt lazımdır.

Ədliyyə Nazirliyinin adı çəkilməyən rəsmisi martın 26-da jurnlaistlərə deyib ki, Barr hesabatın ictimaiyyət üçün versiyasını “aylar yox, həftələr” ərzində açıqlamağa hazırlaşır.

Amma Konqres demokratları Barra hesabatı tam şəkildə təqdim etmək üçün aprelin 2-dək vaxt veriblər. Bu isə Ədliyyə Nazirliyinə hesabatın nəzərdən keçirilməsi üçün yalnız bir həftə vaxt tanıyır.

Mueller-in məxfi hesabatının bəzi hissələri gizli böyük jürinin dinləmələrindən qaynaqlanır. Federal qaydalar məhz belə informasiyanın ictimaiyyətə açıqlanmasını qadağan edir.

Bundan başqa hesabatda Mueller-in başqa ABŞ prokurorluqlarına davam edən cinayət araşdırmaları üçün təqdim etdiyi informasiyalar da var.

Barrın təqdim etdiyi xülasəyə görə Mueller-in 22 aylıq təhqiqatı Trump-ı və onun yaxın adamlarını seçkilərin nəticələrini dəyişmək məqsədilə Rusiya ilə sövdələşməyə girmək ittihamından azad edir.

Barr bildirib ki, hesabatın Trump-ın ədaləti əngəlləmək istəməsinə aid hissəsində daha az əminlik var.

Baş prokurorun xülasəsində deyilir ki, hesabat bu məsələdə Trump-ın cinayət törətdiyini aşkar etməsə də, onu təmizə də çıxarmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG