Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:45

Müdafiə Nazirliyi: Mövqelərimiz 12 dəfə atəşə tutulub


Azərbaycan Müdafiə Nazirliyi avqustun 5-də səhər bildirib ki, “ötən sutka ərzində erməni silahlı birləşmələri mövqelərini ümumilikdə 12 dəfə atəşə tutub.”

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfin atəşkəs pozuntusuyla bağlı xəbərlərini təkzib edib, oxşar məlumatları “dezinformasiya” adlandırıb.

“Ermənistan- Azərbaycan sərhədində vəziyyət nisbi sabitdir və Ermənistan Respublikasının Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”, – xəbərdə deyilir.

***

Azərbaycan Müdafiə Nazirliyi avqustun 5-də səhər bildirib ki, “ötən sutka ərzində erməni silahlı birləşmələri mövqelərini ümumilikdə 12 dəfə atəşə tutub.”

Açıqlamaya görə, bunun 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətlərində baş verib:

“Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.”

Nazirlik qeyd edir ki, şəxsi heyət və texnika sarıdan itki yoxdur.

Bu açıqlamaya, hələlik, qarşı tərəflərin münasibəti bəlli deyil.

İki gün öncə, avqustun 3-də Qarabağda vəziyyət yenidən gərginləşib. Azərbaycan qarşı tərəfləri təxribatda ittiham edib, bir əsgərin həlak olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.

Qarabağdakı separatçı rejim isə 2 əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər.

Rusiya Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı məlumatında da atəşkəsin Azərbaycan tərəfindən pozulduğu vurğulanır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, qısa müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG