Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 07:20

Müdafiə naziri: 'Münaqişə tezliklə ədalətli həll olunmalıdır...'


Müdafiə naziri Zakir Həsənov, Qarabağ bölgəsində əsgərləri mükafatlandırır
Müdafiə naziri Zakir Həsənov, Qarabağ bölgəsində əsgərləri mükafatlandırır

İyunun 30-da Müdafiə Nazriiyində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirlyinin yayadığı məlumatda bildirilir.

“Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı keçirilmiş bayram tədbirləri ölkəmizin hərbi qüdrətini və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya bir daha nümayiş etdirib”, deyə müdafiə naziri Zakir Həsənov müşavirədəki çıxışında vurğulayıb.
Z.Həsənov deyib ki, Azərbaycan torpaqlarının işğalda qalması ilə heç vaxt razılaşmayacaq:

“Münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır. Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır...”

Müşavirədə nazirliyin rəhbər heyəti, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri və başqa məsul zabitlər iştirak ediblər.
İyunun 26-də Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı parad keçirilmişdi.

Xatırlatma

1988-ci ildə baş verən Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında silahlı döyüşlər baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG