Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 07:36

Mübariz Məsimovun saxlandığı bildirilir


Mübariz Mənsimov, 2008

“Palmalı” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun Türkiyədə martın 15-də saxlandığı bildirilir.
Bu barədə məlumatı Türkiyənin “Sabah” qəzeti, Takvim.com saytı və başqa media orqanları yayıb. Qeyd olunub ki, Mübariz Mənsimov İstanbul Baş Prukurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə Idarəsinin apardığı araşdırma nəticəsində saxlanılıb. İş adamının ofisində axtarış aparıldığı bildirilib.
Amma bu məlumatı, hələlik, M.Məsimov və onun yaxınlarından təsdiqlədmək mümkün olmayıb.
Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib. Hazırda illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi olduğu deyilir.

Multimedia

XS
SM
MD
LG