Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:40

Azərbaycanda müasir köləlik halları varmı?


Almaniyadan kütləvi deportasiya - Bakıya onlarla miqrant qaytarıldı
Gözlə

No media source currently available

0:00 0:15:30 0:00

Almaniyadan kütləvi deportasiya - Bakıya onlarla miqrant qaytarıldı

Dünya Köləlik İndeksi yeni hesabat açıqlayıb. Bu sənəddə KÖLƏLİYİN SƏVİYYƏSİNƏ GÖRƏ Azərbaycan 167 ölkə arasında, 79 -cu yerdədir.

Hüquqşünas Səməd Rəhimli bu mövzuda müxtəlif layihələr üzərində işləyib. O deyir ki, Azərbaycanda müasir köləlik, xüsusilə də xaricdən gətirilib qul kimi işlədilənlərin hesabatda göstərildiyindən daha böyükdür:

“Adamların ayrı -ayrı imkanlı şəxslərin mənafeyi naminə məcburi olaraq işlədilməsi müasir köləlik sayılır. Bu beynəlxalq hüquqla qadağandır və ən qatı cinayətlərdən sayılır”.

Müasir Köləlik İndeksinin izahında deyilir ki, Azərbaycan hökuməti illik fəaliyyət planı ilə bağlı hesabat açıqlamır, köləlik əleyhinə təşəbbüsləri, bu istiqamətdə gördüyü işlər barədə məlumat vermir.

Lakin Azərbaycanda köləliyə məruz qaldıqlarını iddia edən bir qrup şəxs Azərbaycan hökumətini məhkəməyə verib.

2009-cu ildə AzadlıqRadiosu məcburi əməyə məruz qaldığını iddia edən Serbiya, Bosniya və Hersoqovina vətəndaşları ilə müsahibə etmişdi. Onlar saxlanma şəraitlərindən şikayət edirdilər:

2012-ci ildə Azərbaycan Miqrasiya Mərkəzi, bu şəxslərin, 33 nəfər Serbiya, Bosniya və Hersoqovina vətəndaşının adından Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi.

“Seudin ZOLETIC və başqaları” adlı işdə iddia edilir ki, bu adamlar 2006-cı ildə, bir şirkət üçün Azərbaycanda işləməyə gətiriblər, ölkəyə çatan kimi pasportları əllərindən alınıb, ölkədə yaşamaq icazəsi üçün sənədləri düzəldilməyib”.

İddia ərizəsində deyilir ki, Bosniya və Herseqovina vətəndaşları Azərbaycanda Buta Palace, Baku Expo Centre və 28 Mall -un tikintisində işlədiliblər. İddiaya görə onlar hətta dövlət layihələrində də işləyiblər. Buna misal kimi, Gənclər və İdman Nazirliyinin tikdirdiyi Kür Olimpiya Mərkəzi layihəsini göstəriblər.

Həmin işi məhkəməyə göndərmiş Azərbaycan Miqrasiya Mərkəzi daha sonra hakimiyyətin təzyiqlərini əsas gətirərərək fəaliyyətini dayandırdı. O vaxt mərkəzin rəhbəri olmuş Əlövsət Əliyev deyir ki, bu iş onların Avropa Məhkəməsinə göndərdiyi sonuncu iş oldu:

“Əməyin istismarı faktına məruz qalmalarına görə etdiyimiz bu iş artıq kommunikasiya mərhələsindədir, hökumətlə yazışmalar gedir. Amma daha sonra ölkədə nə baş verdiyi barədə məlumatım yoxdur”.

Azərbaycan məhkəmələri Bosniya və Hersoqovina, Serbiya vətəndaşlarının iddialarını təmin etməmiş, İnsan Alverinə Qarşı Mübarizə üzrə milli koordinator Vilayət Eyvazov isə 2010-cu ildə iddiaları əsassız adlandırmışdı.

Azərbaycanda hüquq müdafiəçiləri və beynəlxalq hesabatların vurğuladığı bir məqam da, filippinli qadınların evlərdə köləliyə məruz qalmasıdır.

ABŞ Dövlət Departamentinin 2017-ci ildə Azərbaycanla bağlı hesabatında deyilir ki, bu ölkə seks və əmək köləliyi qurbanlarının ünvanıdır, qurbanlar bura Ukraynadan gətirilir. Əvvəlki illərdə isə qurbanlar Çin, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistandan gətirilib.

Hesabatda deyilirdi ki, qaraçı kökənli uşaqlar, zorla küçələrdə diləndirilir, yolqırağı dükanlarda zorla işə cəlb olunur, çayxanalarda, toyxanalarda işlədilir. Filippinli qadınlar isə ev qulluqçuları kimi istismar olnur.

Bəs görəsən, bu alverin arxasında duranlar kimlərdir? Onlar hansı cəzanı alırlar? Hələlik bu məlumatlarla bağlı Azərbaycanın rəsmi qurumlarından hər hansı cavab almaq mümkün olmayıb.

AzadlıqRadiosu Dövlət Miqrasiya Mərkəzinə müasir köləliklə bağlı iddialara dair sorğu göndərsə də, iş gününün sonuna qədər cavab ala bilməyib.

Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov bu ilin mayında, parlamentdəki çıxışında deyib ki, insan alverinə və məcburi əməyə qarşı mübarizə davam edir, 2017-ci ildə ölkədə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb.

ABŞ Dövlət Departamenti isə keçən il bildirib ki, Azərbaycanda insan alveri ilə bağlı minimum standart da təmin olunmayıb.

Bəs, Azərbaycanın öz vətəndaşlarının ölkə daxilində məcburi əməyə, müasir köləliyə cəlb olunma faktı varmı?

Hüquqşünas Səməd Rəhimli deyir ki, bu işə ictimai nəzarət olmadığından fakt gətirmək çətindir, amma onun fikrincə, xüsusilə kənd təsərrüfatı və tikinti sektorunda əməyin istismarı, hətta məcburi əmək ehtimalı mümkündür.

AzadlıqRadiosu bu mövzuda Bakı sakinləri arasında sorğu aparıb:

Qul əməyi deyəndə göz önünə hansı peşə gəlir?
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

XS
SM
MD
LG