Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:29

MTN polkovniki: 'O pul narkotik işində qaçaqmalçılığı çıxarmaq üçün alınmışdı'


Pul

İşə düzəltmək, həbsdən buraxdırmaq, əcnəbi məhkumları öz ölkələrinə ekstradisiya etdirmək üçün müxtəlif adamlardan pul alıb onları aldatmaqda suçlanan MTN polkovniki Vüqar Güləli 8 il azadlıqdan məhrum edildi. Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Hökmdən öncə MTN polkovniki məhkəmədə son sözünü deyib. Təqsirsiz olduğunu deyə V.Güləli bəraət istəyib. MTN polkovnikinə verilən ittihamlardan biri budur ki, o, Səriyyə Tahirova adlı qadından həyat yoldaşı Rafiq Tahirovu həbsdən buraxdırmaqdan ötrü 89 min 800 manat pul alıb. Qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirməyə görə həbs olunan R.Tahirova məhkəmə 6 il cəza kəsib.

«Bu işdə vasitəçi olmuşam»

MTN polkovniki son sözündə R.Tahirova görə pul alındığını təkzib etməyib. Bildirib ki, ona həmin puldan heç nə çatmayıb, sadəcə, bu işdə vasitəçi olub:

***Buna da bax-Həbsdəki MTN polkovniki kasıblıqdan şikayətlənir: 'Vəkil tutmağa pulum yoxdur'

«Mənim barəmdəki ittiham aktında yazılanlar uşaq imlasına oxşayır. MTN-də Rafiq Tahirov haqqında cinayət işinin istintaqı gedirdi. Onun işindən qaçaqmalçılıq maddəsinin götürülməsi üçün həmin pul verilib. Mən bu işdə vasitəçi olmuşam. Bu barədə keçmiş MTN işçiləri haqqında cinayət işinin istintaqında da ifadə vermişəm, o məsələ ilə əlaqədar araşdırma davam edir. Mən aldığım pulu MTN-in binasının yaxınlığında Vüqar Əsədova vermişəm. Müstəntiq Vüqar Əsədovu tapşıran adamla danışandan sonra bu məsələyə görə mənə ittiham verdi. Vüqar bu işlərdə MTN-nin adından istifadə edərək dələduzluq edib».

Təqsirləndirilən MTN polkovniki deyir ki, digər məsələlərdə də dələduzluq olmayıb, indi iş üzrə zərərçəkmiş kimi tanınan adamlardan sələmə pul götürülüb, faizi də ödənilib: «Bu işlərə mülki qaydada baxılmalıdır».

***Buna da bax-Əhəd Abıyev: 'MTN-də Samir Şərifovun əleyhinə ifadə almaq istəyirdilər'

Bu işdə təqsirləndirilən təkcə V.Güləli deyil, daha dörd nəfər də var - Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılovNicat Əliyev. Məhkəmənin hökmü ilə onların hər birinə 6 il 6 ay cəza verilib. Adları çəkilən şəxslərdən yalnız N.Əliyev istintaq və məhkəmə dövründə həbsdə idi. Digər üç nəfər aprelin 13-də hökm oxunandan sonra məhkəmə zalında həbs edilib.

V.Güləli 2015-ci ilin sonunda MTN ləğv olunmamışdan az öncə təqaüdə çıxıb.

Təqsirləndirilən şəxslərdən V.Əsədov isə Penitensiar Xidmətin əməkdaşı olub.

Təqsirləndirilən şəxslər həm də Elçin Orucov və Əkbər Orucovun hər birindən onların oğlunu polis orqanlarında işə düzəltmək adı ilə 8 min, Aybala Namazov adlı zərərçəkmişdən isə 35 min manat almaqda günahlandırılır. İttihama görə, onlar Namazova deyiblər ki, iranlı məhkumların öz ölkəsinə ekstradisiya edilməsi üçün pul lazımdır, nəticədə 1 milyon dollar pul qazana bilərlər və qazancdan ona da pay verərlər. Ədalət Əsgərov adlı daha bir zərərçəkmişdən isə 115 min alınıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG