Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:16

Həbsdəki MTN polkovniki kasıblıqdan şikayətlənir: 'Vəkil tutmağa pulum yoxdur'


Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi)
Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi)

MTN-in Antiterror Mərkəzinin polkovniki, 2015-ci ilin oktyabrında nazirlikdəki əməliyyatdan sonra həbs edilmiş Azər Mehdiyev kasıblıqdan şikayətlənir. Deyir ki, vəkil tutmağa maddi imkanı yoxdur. Bu barədə o, aprelin 12-də öz məhkəməsində danışıb.

MTN-dəki əməliyyatdan sonra bu qurumun 20-dən artıq vəzifəlisi saxlanılsa da, onların işi sonradan bir neçə qrupa bölünüb, ayrı-ayrılıqda məhkəməyə göndərildi. A.Mehdiyev də işlədiyi idarəyə – MTN-in Antiterror Mərkəzinə on ildən artıq rəhbərlik etmiş general Elçin Quliyevlə birlikdə mühakimə olunur. Onlar barələrində çıxarılmış hökmdən apellyasiya şikayəti veriblər.

'MTN işi'ndə zərərçəkən: 'Mütləq Eldar Mahmudov dindirilməlidir'

Aprelin 12-də məhkəmədə məlum olub ki, təqsirləndirilən A.Mehdiyevin vəkili Qubad Salayev vəfat edib. Hakim Sahibxan Mirzəyev təqsirləndirilən polkovnikdən yeni vəkili olub-olmadığını soruşub. A.Mehdiyev bildirib ki, yeni vəkil tutması üçün ailə üzvləri danışıqlar aparır, amma maddi durumu imkan vermir:

“Bizim müəyyən çətinliklərimiz var. Maliyyə durumumuz çox ağırdır. İki il yarımdır ki, həbsdəyəm. Ailənin yeganə gəlir gətirəni mən olmuşam”.

Hakim deyib ki, özünün maddi imkanı çatmırsa, ona dövlət hesabına vəkil təyin oluna bilər. A.Mehdiyev razılaşıb və dövlət hesabına vəkil istəyib.

'MTN işi'ndə zərərçəkənlərin intihar cəhdləri [yenilənib] [fotolar]

17 saylı hüquq məsləhətxanasından Mehram Kərimov ona vəkil təyin edilib. Yeni vəkil işlə tanış olmaq üçün vaxt istəyib. Ona aprelin 19-na qədər vaxt verilib.


Xatırlatma


2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru E.Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə və başqa əməllərdə suçlanır.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyevə 10 il 6 ay, A. Mehdiyevə isə 8 il həbs cəzası verilib. Amma onların heç biri özlərini təqsirli bilmir və hökmdən apellyasiya şikayəti veriblər.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG