Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:00

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, həbsdə olan general Akif Çovdarov və onun tabeliyində işləmiş daha üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov Orxan Osmanovun məhkəməsi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror keçmiş MTN-çilərə cəza da istəyib. Hazırda məhkəmə prosesində vəkillərin müdafiə çıxışı mərhələsidir.

***Buna da bax-Eldar Mahmudovun əmisi oğlu məhkəmə zalında həbsdən buraxılıb

Avqustun 30-da təqsirləndirilən şəxslərdən Orxan Osmanovun vəkili çıxış edib. Onun kimdənsə hədə-qorxu ilə pul alınmasında, qanunsuz saxlanmasında heç bir rolu olmadığını deyən vəkilin sözlərinə görə, ittihamlar məhkəmədə sübuta yetirilməyib. Müdafiəçi Orxan Osmanov haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Ötən məhkəmə iclasında Akif Əliyevin vəkili Anar Qasımlı da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdi.

Avqustun 30-da növbə Akif Çovdarovun vəkilləri - Kamandar Nəsibov, Sadiq Rəsulov və Şahin Rəfiyevə çatanda, onlar məhkəmədən çıxışa hazırlaşmaq üçün üç həftə vaxt istəyiblər. Həmçinin Səlim Məmmədovun vəkili Cavid Rzazadə də ona zaman verilməsini xahiş edib.

***Buna da bax-'MTN işi': 'Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır'

Amma Bakı Hərbi Məhkəməsinin hakimləri Çovdarovun vəkillərinin üç həftəlik istəyini rədd edib. Vəkillərə bir həftə möhlət verib. Sentyabrın 6-da müdafiəçilər çıxışlarını yekunlaşdırmalı, təqsirləndirilən şəxslərin son söz demək mərhələsinə keçilməlidir.

XATIRLATMA

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib.

Prokuror Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. Akif Əliyev və Orxan Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG