Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:50

DSK-nın qərarı ləğv edilib


MSK-nın binası, arxiv foto

Bu gün, yanvarın 11-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı Dairə Seçki Komissiyasının (DSK) qərarını ləğv edib.

MSK-dən “Turan”agentliyinə bildirilib ki, yanvarın 11-də keçirilən iclasda 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyini irəli sürmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

Qurum M. Rəhimlinin imza vərəqələrini etibarsız sayan və onun namizədliyini qeydə almayan 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyasının qərarını ləğv edib.

Murad Rəhimlinin namizədliyi qeydə alınıb. O bitərəf namizəddir.

Xatırlatma

Ötən ilin noyabrında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının tövsiyəsi ilə bu partiyadan olan deputatlar ölkə rəhbərliyinə parlamentin buraxılması barədə müraciət göndəriblər. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident də öz növbəsində seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG