Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:40

Moskva meriyası Qolodomor piketinə icazə verib


Lubyanka meydanında Solovetski daşı abidəsi
Lubyanka meydanında Solovetski daşı abidəsi

Moskva meriyası “böyük aclığın” və ya tarixdə Qolodomor kimi tanınan hadisə qurbanlarının xatirəsini yad edəcək piketin keçirilməsinə icazə verib.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, aksiya onun təşkilatçılarının arzusuna uyğun olaraq noyabrın 30-da, Lubyanka meydanındakı FTX binasının qarşısında, “Solovetskiy kamen” abidəsinin yanında keçiriləcək.

“Solovetskiy kamen” Sovet İttifaqının ən qəddar siyasi məhbus düşərgəsi olan Solovetski düşərgəsindən gətirilmiş daşın abidəsidir.

Həmin daşa qoyulan abidənin məhz burada DTK-NKVD-nin xələfi olan Federal Təhlükəsizlik Xidməti binasının yanında qoyulması da rəmzi məna daşıyır.

Meriya piketin yalnız bir saat ərzində, yerli vaxtla 16-dan 17-dək və cəmi 30 nəfərin iştirakilə keçirilməsinə icazə verib.

Aksiyanın təşkilatçısı kimi PARNAS partiyası və “Dekommunizasiya” ictimai hərəkatı çıxış edib.

Onlar aksiya üçün müraciət edəndə bildirmişdilər ki, piketə icazə verilməsə, tədbir keçirilməsinə ayrıca icazə lazım olmayan təkadamlıq aksiyalar şəklində keçiriləcək.

PARNAS partiyası bildirir ki, “30-cu illərin əvvəllərində baş vermiş aclıq kollektivləşdirmə qarşısında kəndlilərin müqavimətini qırmaq və bolşeviklərin diktaturasını möhkəmləndirmək məqsədilə süni yaradılmışdı”.

Partiya bunu da bildirirdi ki, beləcə sülh şəraitində ölənlərin sayı Leninqradın blokadasında ölənlərin sayından çox olmuşdu.

2008-ci ildə Rusiyanın Dövlət Duması “kollektivləşdirmə zamanı SSRİ-də yaradılmış süni aclıqda 7 milyon insanın öldüyünü” etiraf etmişdi.

Buna baxmayaraq aclıq qurbanların yarısı Rusiya ərazisinə düşsə də, dövlət indiyədək heç bir yadetmə təbiri keçirməyib.

Ukraynada Rusiya səfirliyinin qarşısında etiraz plakatı asılır
Ukraynada Rusiya səfirliyinin qarşısında etiraz plakatı asılır

Rusiyadan fərqli olaraq Qolodomor hadisəsi Ukraynada dövlət səviyyəsində yad edilir.

Ukraynada bir çoxları bunu Moskvanın Ukrayna xalqına qarşı düşünülmüş cinayəti kimi qəbul edirlər.

Noyabrın 23-də Kiyevdə keçirilən yadetmə mərasimində Ukrayna prezidenti Volodymyr Zelenskiy demişdi ki, Ukrayna xalqı “Stalin rejiminin cinayətini” heç vaxt unutmayacaq:

"Bugün biz Qolodomorun – totalitar Stalin rejiminin Ukrayna xalqına qarşı soyqırım cinayətinin qurbanlarının xatirəsini yad edirik. Müxtəlif tədqiqatların nəticələrinə görə Qolodomorda, 1932-1933-cü illərdə 4 milyondan 8 milyonadək ukraynalı ölüb. Bu itkiləri yalnız II Dünya Müharibəsinin itkiləri ilə müqayisə etmək olar”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG