Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 13:48

Moskva Ukrayna dənizçilərini azad etmək istəmir


Moskva Şəhər Məhkəməsi mayın 27-də dənizçilərin iyul ayınadək saxlanmasına dair Lefotovo məhkəməsinin qərarını qüvvədə saxlayıb
Moskva Şəhər Məhkəməsi mayın 27-də dənizçilərin iyul ayınadək saxlanmasına dair Lefotovo məhkəməsinin qərarını qüvvədə saxlayıb

Moskva məhkəməsi 2018-ci ilin noyabrında Rusiya tərəfindən tutulmuş 24 Ukrayna dənizçisinin məhkəməyə qədər saxlanma müddətinin uzadılması barədə qərar qəbul edib.

Beləliklə də Moskva dənizçilərin dərhal azad edilməsinə dair BMT Dənizçilik Tribunalının qərarını rədd edib.

Moskva Şəhər Məhkəməsi mayın 27-də dənizçilərin “davam edən təhqiqatla” əlaqədar iyul ayınadək saxlanmasına dair Lefotovo məhkəməsinin aprel ayında çıxardığı qərarı qüvvədə saxlayıb.

Dənizçilərin vəkilləri saxlanma müddətinin uzadılmasına dair qərardan apellyasiya şikayəti veriblər.

Moskva məhkəməsinin bu qərarından iki gün əvvəl Hamburqda yerləşən Dənizçilik Hüququ Beynəlxalq Tribunalı Rusiyanın 24 Ukrayna dənizçisini dərhal azad etməli və Ukraynanın üç gəmisini ona qaytarlmalı olduğubarədə hökm vermişdi.

Kremlin sözçüsü Dmitry Peskov mayın 27-də həmin hökmü rədd edərək bildirib ki, Moskva israrlı şəkildə “öz nöqteyi-nəzərini müdafiə edəcək”.

Peskov iddia edib ki, sözü gedən hala beynəlxalq konvensiya şamil olunmamalıdır.

Rusiya gəmiləri və dənizçiləri ötən ilin noyabrında Rusiya ərazisi ilə Qara dənizdəki Krım yarımadasını birləşdirən körpünün yaxınlığında, Kerç boğazında həbs edib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib və bu ölkənin şərqində separatçı münaqişə qızışdırıb.

Avropa İttifaqı və ABŞ Rusiyanın bu hərəkətlərinə görə onun üzərinə ağır sanksiyalar qoyublar.

XS
SM
MD
LG