Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:37

Beynəlxalq tribunal Rusiyadan Ukrayna dənizçilərinin buraxılmasını tələb edib


Ukrayna dənizçisi Roman Mokryak Lefortovs məhkəməsində, 15 yanvar, 2019 Moskva
Ukrayna dənizçisi Roman Mokryak Lefortovs məhkəməsində, 15 yanvar, 2019 Moskva

BMT-nin dəniz hüquqları üzrə beynəlxalq tribunalı, Rusiyanın 2018-ci ilin noyabrında Krım sahillərində tutduğu Ukrayna dənizçilərinin buraxılması barədə qərar qəbul edib.

Qərarda həmçinin saxlanmış 3 Ukrayna gəmisinin geri qaytarıması tələb olunur.

Bu barədə “Ukrainskaya pravda” nəşrinin müxbiri məhkəmə zalndan xəbər verir.

İnterfaksın məlumatına görə, məhkəmə sədri qərarı elan edərkən qeyd edib ki, Rusiya ilə Ukrayna Kerç boğazındakı insidentə görə mübahisəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməlidirlər.

Rusiya tərəfi dinləmələrdə iştirakdan imtina edib.

Moskva hesab edir ki, bu tribunalın Kerç boğazındakı insidentə baxmaq hüququ yoxdur və qərardan apellyasiya şikayəti verilə bilər.

Rusiya sərhədçiləri 2018-ci il noyabrın 25-də ilhaq edilmiş Krım sahillərində Ukraynanın 3 hərbi gəmisi və 24 heyət üzvünü saxlayıb.

Moskva Ukrayna hərbçilərini Rusiya sərhədini qanunsuz keçməkdə ittiham edir.

Kiyev isə bunu təcavüz aktı və dənizçiləri hərbi əsirlər hesab edir.

NATO, ABŞ və Avropa Birliyi bu insidentdə Ukraynanın tərəfini saxlayırlar.

Lefertova məhkəməsi 2019-cu il aprelin 17-də Ukrayna hərbçilərinin həbs müddətini 24 və 26 iyuladək uzadıb.

XS
SM
MD
LG