Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:43

-

Moskva vilayətində mayın 8-də səhər ov tüfəngi ilə 5 motosikletçi öldürülüb. Onların hamısı aldığı yaralardan yerlərindəcə ölüblər.

Rusiyanın Moskva vilayəti üzrə istintaq komitəsi bildirib ki, qətldə şübhəli bilinən şəxs saxlanıb, o, cinayəti etiraf edib.

İnterfaks bildirir ki, şübhəli şəxs hadisə yerinin yaxınlığında yaşadığı evdə saxlanıb. İstintaq bildirib ki, həmin şəxslərlə 27 yaşlı yerli sakin arasında münaqişə baş verib. Nəticədə gənc ov tüfəngindən motoskletçilərə sarı bir neçə atəş açıb, sonra isə gizlənib.

Hadisə yerində motosklet sürücülərinin yanında olan iki qadın şahid kimi istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

XS
SM
MD
LG