Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Rusiya Mərkəzi Bankındakı yanğın söndürülüb


Avqustun 24-də Rusiya Mərkəzi Bankının dördüncü mərtəbəsində baş vermiş yanğın tez bir zamanda söndürülüb. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin Moskva idarəsi verib.

Xəsarət alan olmayıb.

Xəbər telekanallarının süjetlərində bank binasının üzərində sıx qara tüstü görünürdü, lakin rəsmilər banka ciddi ziyanın dəymədiyini bildiriblər.

Bankın işçiləri heç bir kənar kömək olmadan özləri evakusiya olunublar.

Rusiya FHN-nin verdiyi məlumatda deyilir: “30 kvadratmetrlik sahəni əhatə edən yanğın axşam saat 8:57-də söndürülüb”.

Yanğının səbəbləri barədə məlumat verilmir.

XS
SM
MD
LG