Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Moskva əhalisi kütləvi test ediləcək


Koronavirus testi
Koronavirus testi

Moskva meriyası paytaxt əhalisini ucdantutma koronavirus testindən keçirməyə hazırlaşır.

Bu barədə BBC-nin Rus xidməti meriyadakı iki mənbəyə istinadən xəbər verib.

Bu məqsədlə gələn həftənin sonunadək sutkada 10 min nəfərin testdən keçirilməsi nəzərdə tutulur. Sonrakı mərhələdə günə 25-28 min nəfər COVID-19 infeksiyası testindən keçirələcək.

Rospotrebnadzorun rəsmi statistikasına görə 23 martadək 185 min 918 moskvalı testdən keçib.

Moskvada ilk koronavirus testinin fevralın 11-də keçirildiyi nəzərə alınarsa, indiyədək Rusiya paytaxtında günə 4400 test keçirilib.

Beləliklə meriya tempi 6 dəfə yüksəltməyə hazırlaşır. Bundan əvvəl Rusiyanın federal hakimiyyət orqanları əhalinin ucdantutma testdən keçirilməsinə başlamışdı.

Bu məqsədlə Moskvada koronavirus analizlərinin keçirilməsi üçün daha 9 laboratoriya açılmalıdır.

Putin “koronavirus xəstəxanasına” baş çəkib

Moskva meri Sergey Sobyanin ölkənin Sankt Peterburq kimi başqa şəhərlərini də paytaxtdan nümunə götürməyə çağırıb.

Sobyanin deyib ki, bəzi yerlərdə COVID-19-a yoluxmanın az yayılması kifayət qədər testlərin keçirilməməsi ilə bağlı ola bilər.

Bu arada Sobyanin və prezident Vladimir Putin Yeni Moskva rayonunda tikilməkdə olan xəstəxanaya baş çəkib. Burada koronovirusa yoluxmuş pasientlər yerləşdirilməlidir.

Putin habelə Kommunarkadakı xəstəxanada olub. Paytaxt üzrə COVID-19 xəstələri burda saxlanır.

Bundan əvvəl Moskvada keçirilmiş testlər təsdiqlənmək üçün Novosibirsk şəhərinə göndərilirdi. Amma indi paytaxt üçün yerli və xarici istehsallı yeni test qurğuları və dəstləri alınıb.

Martın 23-də Rusiyanın baş sanitar həkimi Anna Popova demişdi ki, kütləvi testdən keçirilmədə hər bir rusiyalı könüllü şəkildə iştirak edə bilər.

Martın 24-ə olan məlumata görə Rusiyada koronavirusa rəsmən 495 yoluxma halı qeydə alınıb. Ötən sutka ərzində daha 57 yoluxma aşkar edilib.

Yoluxanlardan biri vəfat edib. Amma hakimiyyət onun COVID-19-dan öldüyünü etiraf etmir.

Yoluxanlardan 290 nəfəri Moskva sakinidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG