Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:22

Monteneqroda mitinqdə zorakılıq araşdırılır


Montenegronun paytaxtı - 24 oktyabr
Montenegronun paytaxtı - 24 oktyabr

-
Monteneqroda polis etiraz aksiyaçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. İkinci heftesonudur ki, 5 minə yaxın etirazçı parlamentin binası önündə nümayiş keçirməklə baş nazir Milo Djukanovic-in istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Oktyabrın 24-də aksiya dinc şəraitdə başlasa da, sonradan etirazçılar polis kordonunu yararaq parlamentin binasına girməyə cəhd göstəriblər. Onların polisi daş-qalaq etdiyi deyilir.

“Reuters” əməkdaşının bildirir ki, nümayişçilər polisə daş, məşəl atıblar. Daxili işlər naziri Rasko Konjevic mətbuat konfransında deyib ki, biri ağır olmaqla, 15 polis əməkdaşı xəsarət alıb. 24 mülki şəxsə tibbi yardım göstərilib.

Konjevic-in dediyinə görə, etirazın təşkilatçısı müxalifət lideri Andrija Mandic və onun müttəfiqi Slaven Radunovic saxlanıblar, onların zorakılıqda əllərinin olub-olmaması araşdırılır. Nazir zorakılığı “polis və dövlət əmlakına qarşı açıq hücum” adlandırıb. Yerli qanunvericiliyə görə, Mandic günahkar bilinərsə, onu 5 ilədək həbs cəzası gözləyir.

XS
SM
MD
LG