Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:13

Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib


Monteneqro bayrağı
Monteneqro bayrağı

İyunun 25-də Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev hər iki tərəfin işgüzar dairələri arasında baş tutan biznes forumun Azərbaycan və Monteneqronun iqtisadi əməkdaşlığını daha da genişləndirəcəyini deyib. Nazir qeyd edib ki, Azərbaycan Monteneqroda ən böyük investorlardan biridir. Amma bununla bağlı konkret rəqəmlər açıqlanmayıb.

O habelə deyib ki, məqsəd ticarətin həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdir. S. Babayev hər iki ölkənin işgüzar dairələrini qarşılıqlı birgə faydalı layihələr həyata keçirməyə dəvət edib.

Nazir həmçinin bildirib ki, ötən il Azərbaycanla Monteneqro arasında ticarət dövriyyəsi artıb, amma mövcud vəziyyət iki ölkənin potensialını əks etdirmir. O bununla da bağlı rəqəmlər üzərində dayanmayıb.

Monteneqronun Baş Naziri Duşko Markoviç də öz növbəsində iki ölkənin iqtisadi əməkdaşlığının ildən-ilə genişləndiyini və biznes forumun bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağını vurğulayıb.

Forumda biznesin müxtəlif sahələri üzrə 150-dən çox şirkətin iştirak etdiyi açıqlanıb.

Monteneqronun Baş naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfər edib.

XS
SM
MD
LG