Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 09:34

Rus dilini və telekanallarını Moldovaya ‘qaytarırlar’


Parlamentin müxalifətsiz sessiyası
Parlamentin müxalifətsiz sessiyası

Moldovanın müddətini başa vurmaqda olan moskvayönlü prezidenti İqor Dodon ölkəsində rus dilinə millətlərarası ünsiyyət dili statusu verən qanunu imzalayıb.

2017-ci ildə Konstitusiya Məhkəməsi bu normanı köhnəlmiş olduğuna görə ləğv etmişdi.

Bundan başqa Moldovada Rusiya telekanallarının yayınına yenidən icazə verilir. Bu telekanalların yayını da iki il əvvəl qadağan olunmuşdu.

Bu qadağanın təşəbbüsçülərindən biri - Moldova Demokratik Partiyasının keçmiş sədri, oliqarx Vladimir Plaxotnyuk izah edir ki, Rusiya telekanallarının yayını təbliğat və dezinformasiyaya qarşı mübarizə məqsədilə qadağan olunmuşdu.

Bütün bu dəyişikliklər barədə qərarı Moldova parlamenti qəbul edib.

Rusiyayönlü hakimiyyət

Müxalifət parlamentin dekabrın 16-da keçirilən həmin sessiyasını boykot etmiş və bildirmişdi ki, qanunu məhkəmə müstəvisində mübahisələndirəcək.

Gələn həftə prezident Dodonun kürsüsünü avropayönlü siyasətçi Mayya Sandu tutacaq.

Hazırda Moldova parlamentində əksəriyyəti rusiyayönlü Dodonun tərəfdarları təşkil edir.

Rus dili ilə bağlı qanuna əsasən dövlət qulluqçuları vətəndaşların rusca yazılmış sorğularına elə həmin dildə cavab verməyə borcludur.

Qanuna əsasən habelə dərmanların təlimat kağızlarında, ölkədə istehsal olunan xidmət və malların adlarında, habelə dövlət idarələrinin giriş lövhələrində həm də rus dilindən istifadə olunmalıdır.

Müxalifət yenə də azlıqdadır

Moldav dili ölkənin dövlət dili olaraq qalır və qanun bütün dövlət qulluqçularından bu dili bilmələrini tələb edir.

Rus dilinə gəlincə isə o hələ sovet zamanından Moldovada iki il bundan əvvələdək “beynəlmiləl ünsiyyət dili” statusuna malik olub.

Moldovada yenicə prezident seçilmiş xanım Sandunun tərəfdarı olan müxalifət deputatları rusiyayönlü parlamentin buraxılmasını tələb edirlər.

Onlar deyirlər ki, parlamentin indiki tərkibi seçicilərin iradəsinə cavab vermir.

Lakin hökumətə etimadsızlıq və ya parlamentin buraxılması məsələsini indiyədək səsverməyə çıxarmaq mümkün olmayıb.

Mayya Sandu hakimiyyətini moskvayönlü hökumətlə bölüşməli olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG