Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:15

Moldovada təkrar prezident seçkisi keçiriləcək


Foto arxiv
Foto arxiv

Noyabrın 13-də Moldovada təkrar prezident seçkisi keçiriləcək.

Bunu ölkənin Mərkəzi Seçki Komissiyası bəyan edib.

Bazar günü keçirilən seçkidə namizədlərdən heç biri lazım olan 51 faiz səsi toplaya bilməyib.

Əsas mübarizə rusiyapərəst namizəd, sosialistlərin lideri İqor Dodon və qərbpərəst kolaisiyanın nümayəndəsi Maya Sandu arasında olub.

Dodanın artıq birinci mərhələdə qalib gələcəyi gözlənilsə də o, 49 faiz səs toplayıb.

Onun seçki kompaniyaları zamanı əsas vədlərindən biri, ölkənin Avropa birliyi ilə Asosasiya sazişindən çıxması və Avrasiya iqtisadi birliyinə qoşulması ilə bağlı referendum keçirməkdir.

Qeyd edək ki, Avrasiya iqtisadi birliyinə Rusiya rəhbərlik edir.

Hakim koalisiyanın namizədi Maya Sandu isə 38 faiz səs toplayıb.

Bu, son 20 il ərzində Moldovada keçirilən birbaşa prezident seçkisidir.

Bunadək prezidenti parlament seçirdi.

MSK-nın məlumatına görə, seşkidə 49 faiz seçici iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG