Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:51

Moldova Konstitusiya Məhkəməsi tam heyətdə istefa verib


Mihai Poalelungi
Mihai Poalelungi

Moldova Konstitusiya Məhkəməsinin 6 hakimi tam heyətdə istefasını elan edib.

Onların qərarlarından sonra ölkədə siyasi böhran yaranmışdı və hakimlərin istefasına çağırışlar edilirdi.

Məhkəmə bu barədə bəyanatı iyunun 26-da verib və bildirib ki, səlahiyyətli orqanlara yeni hakimlərin təyinatı ilə bağlı müraciət edilib.

Konstitusiya Məhkəməsinin sədri Mihai Poalelungi hələ iyunun 20-də prezident Igor Dodon və başqa vəzifəli şəxslər onun və digər beş hakimin istefasını tələb etdikdən sonra vəzifəsindən gedəcəyini bəyan etmişdi.

Moldova bu ölkədə ötən fevralda keçirilmiş parlament seçkisində heç bir partiya mütləq üstünlük qazana bilməyəndən sonra siyasi böhranın girdabında idi.

İyunun 7-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması barədə qərar qəbul etmiş və yeni seçki çağırmışdı.

Lakin iyunun 8-də moskvayönlü prezident Dodonun Sosialist Partiyası avropayönlü ACUM bloku ilə gözlənilmədən ittifaqa girdikdən sonra yeni koalisiya yaranmış və ACUM-un həmsədri Maia Sandu baş nazir seçilmişdi.

Beləliklə Moldovada faktiki olaraq ikihakimiyyətlik yaranmışdı.

Yeni alyans Konstitusiya Məhkəməsini ölkənin ana qanununu təhrif etməkdə və əvvəlki seçkinin nəticələrini 3 aydan sonra yox, 90 gündən sonra ləğv etməkdə günahlandırmışdı.

Ziddiyyətli maqnat Vlad Plahotniuc-un Demokrat Partiyasının (PDM) hökuməti alyansın yarandığı parlament sessiyasının legitimliyi barədə məsələ qaldırmış və müraciət Konstitusiya Məhkəməsi tərəfindən dəstəklənmişdi.

İyunun 9-da Konstitusiya Məhkəməsi Sandunun hökumətini qanunsuz elan etmiş və moskvayönlü Dodonun prezident səlahiyyətlərini almışdı.

Bundan sonra PDM tərəfindən dəstəklənən Pavel Filip keçid dövrü üçün prezidnet elan edilmişdi. O parlamenti buraxmaq barədə qərar qəbul etmiş və sentyabrın 6-na növbədənkənar seçki çağırmışdı.

Öz növbəsində sosialistlərlə ACUM blokunun alyansı 8 iyun sessiyasının qanunsuz elan edilməsi qərarını rədd etmişdi.

Bundan sonra iki hökumət arasında çəkişmə bir neçə gün davam etmişdi. Nəhayət iyunun 14-də Filipin hökuməti Rusiya və Qərbin təzyiqi altında tam heyətdə istefa vermişdi.

Bundan sonra Konstitusiya Məhkəməsi Sandu hökumətinin qeyri-legitimliyinə dair öz qərarını ləğv etməyə məcbur olmuşdu.

Müxalifət Konstitusiya Məhkəməsini Plahotniuc-un tapşırıqlarını yerinə yetirməkdə ittiham edirdi.

Dodon iyunun 26-da Konstitusiya Məhkəməsi hakimlərinin istefasını alqışlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG