Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:16

ATƏT Dnestryanı tənzimləməsindəki ‘nəzərəçarpacaq tərəqqidən’ razıdır


ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Wolf Dietrich Heim
ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Wolf Dietrich Heim

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT Moldovanın Dnestryanı separatçı bölgəsindəki münaqişənin çözümünə yönəlmiş danışıqlarda “nəzərəçarpacaq tərəqqi” əldə edildiyini bildirib.

ATƏT-in bəyanatında deyilir ki, noyabrın 27-də Vyanada keçirilən danışıqlarda iştirak edən Moldova və Dnestryanı nümayəndələri “bundan əvvəl müəyyənləşdirilmiş səkkiz məsələnin bir neçəsində irəliləyişə nail olunduğunu deyiblər”.

Avstriya paytaxtında 5+2 formatında aparılan bu danışqılarda ATƏT, Rusiya, Ukrayna, Birləşmiş Ştatlar və Avropa İttifaqının təmsilçiləri də iştirak edirdilər.

Dnestryanı bölgə 1990-cı ildə özünü Moldovadan müstəqil elan edib. Moldova və Moskva tərəfindən dəstəklənən separatçı Dnestryanı arasında 1992-ci ildə qısa müharibə olub. Moskva Moldovanın qonşu Rumıniya ilə birləşəcəyindən narahat idi.Rusiya bu münaqişəyə açıq-aşkar separartçıların tərəfində müdaxilə etdikdən sonra atəşkəs sazişi imzalanıb.

Hazırda 1400 Rusiya hərbçisi Dnestryanı bölgəsində sovet dövründən qalma silah anbarlarını mühafizə edir.

Dnestryanı “respublikanın” müstəqilliyi heç bir ölkə tərəfindən tanınmasa da, Rusiya qeyri-rəsmi olaraq separatçıları dəstəkləməkdə davam edir.

ATƏT-in noyabrın 28-də elan edilmiş bəyanatında təşkilatın xüsusi elçisi Wolf Dietrich Heim-ə isitnadən deyilir ki, tərəflər “bir neçə sosial-iqtisadi razılaşmaları daha da möhkəmləndiriblər”.

Bəyanatda daha sonra deyilir: "Tərəflər arasında aydın bir anlaşma var ki, qalan məsələlər tez bir zamanda həll olunub icra edilməlidir”.

Konkret razılaşmalara gəldikdə isə, qeyd olunur ki, tərəflər arasında telekommunikasiyalar sahəsində təmaslar, Moldova tərəfindən idarə olunan latın qrafikalı məktəblər, Dubasari rayonundakı əkin sahələrindən istifadə, habelə, Dnestr/Nistru çayı üzərindən körpünün tikintisinə dair sazişlər imzalanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG