Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 07:51

Moldova Rusiya 'sülhməramlılarının' Dnestryanıdan çıxarılması üçün BMT-dən kömək istəyir


Moldova hökuməti BMT Baş Assambleyasının qarşıdan gələn iclası ərəfəsində təşkilatdan ölkənin separatçı Dnestryanı bölgəsindən Rusiya qoşunlarının çıxarılması üçün kömək istəyib.

Moldova parlamentinin spikeri Andrian Kandu avqustun 23-də özünün Facebook səhifəsində yazıb ki, bu xüsusda məktub BMT-nin Moldovadakı daimi nümayəndəsi Victor Moraruya təqdim olunub.

Bundan əvvəl belə bir məktubun BMT-yə təqdim edilməsi barədə Rusiya mediasında xəbərlər yayılmışdı.

Kandunun Facebook postunda deyilir: “25 ildir ki, Rusiya Federasiyası ərazimizdə sülhməramlılar adı altında qoşun, silah və sursat yerləşdirir”.

"Moldovanın hakimiyyət orqanları Birləşmiş Millətlər Təşkilatından bizim ölkəmizdən xarici qoşunların çıxarılması barədə məsələnin BMT Baş Assambleyasının gündəliyinə salınmasını xahiş edib” – deyilir postda.

Rusiya hazırda Dnestryanı bölgəsində 2000-lik qoşun saxlayır. Moskva bildirir ki, bunlardan mini Sovet dövründən qalma silah anbarlarının mühafizə edilməsi üçündür. Daha 500 əsgərin isə Moldova və onun separatçı bölgəsi arasında 25 illik kövrək atəşkəsin qorunması üçün saxlandığı bildirilir.

1999-cu ildə ATƏT-in İstanbul sammitində Moskva qoşunlarının Dnestryanıdan 2002-ci ilədək çıxarılacağını vəd etmişdi. Bu vəd indiyədək yerinə yetirilməyib.

Moldovanın, ölkənin höküməti ilə gərgin münasibətlərdə olan rusiyayönlü prezidenti İqor Dodon avqustun 23-də bu müraciəti pisləyərək, hökuməti özünün “Qərb kuratorlarının və ağalarının gözünə kül üfürməkdə” ittiham edib.

Facebook-da yazan Dodon qeyd edir ki, Rusiya sülhməramlılarının missiyası indiyədək uğurlu olub və bu missiya davam etdirilməlidir.

O hökuməti Dnestryanı ilə çoxdan dalana dirənmiş danışıqların bərpasına çağırıb.

Moldova və onun separatçı Dnestryanı rayonu
Moldova və onun separatçı Dnestryanı rayonu

Əhalisi əsasən rusdillilərdən ibarət Dnestryanı Moldovanın qonşu Rumıniya ilə birləşəcəyindən ehtiyatlanaraq 1990-cı ildə özünü Kişinyovdan müstəqil elan edib.

Moldovanın əksər əraziləri iki dünya müharibəsi arasında Rumıniyanın tərkibində olub.

İki tərəf arasında hərbi əməliyyatlar 1992-ci ildə Moskvanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs sazişi ilə dayandırılıb.

Rusiya qoşunları Moldova əraziində hələ Sövet İttifaqı dövründən mövcud idi.

BMT Baş Assambleyası öz işinə sentyabrın 12-də başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG