Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

İran prezidenti Zarifi tərifləyir


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İran Prezidenti Hassan Rohani Xarici işlər naziri Mohammad Javad Zarif-ə xidmətinə görə təşəkkür edib, amma onun istefasını qəbul edib-etmədiyini açıqlamayıb.

Rohani deyib ki, Zarif Birləşmiş Ştatlarla “döyüşün ön cəbhəsində” olub. Bu haqda IRNA dövlət xəbər agentliyi fevralın 26-da məlumat yayıb.

“Jomhuri Eslami” qəzetinin fevralın 26-da dərc etdiyi müsahibədə Zarif deyir ki, İranda partiyalar və fraksiyalar arasındakı çəkişmələr xarici siyasətə zərbə vuran “ölümcül zəhər”dir, yəni onun sərt xətt tərəfdarlarının təzyiqi altında istefa verməsi ehtimalı yaranır.

Amma Fars yarırəsmi agentliyi bu müsahibənin ötən həftə, Zarif istefasını elan edəndən öncə götürüldüyünü xəbərləyir.

Hassan Rohani (solda) və Mohammad Javad Zarif
Hassan Rohani (solda) və Mohammad Javad Zarif

Fevralın 26-da İran parlamentinin əksər üzvləri Rohaniyə məktub yazaraq Zarifin işini davam etdirməsini istəyiblər. IRNA agentliyi parlament təmsilçisi Ali Najafi Khoshroodi-yə istinadla yazır ki, 290 deputatdan 150-si məktubu imzalayıb.

ABŞ-ın Dövlət katibi Mike Pompeo Vaşinqtonun Zarifin istefası məsələsini izlədiyini deyib.

Zarif və Rohani “korlanmış dini mafiyanın yalnız öndə gedənləridir”, – o, Twitter-də yazıb.

İranın Yaxın Şərqdəki düşməni sayılan İsrailin Baş naziri Benjamin Netanyahu Zarifin istefasını alqışlayıb. “Zarif getdi. Canımız qurtardı”, – o, tvitində yazıb.

Zarifin istefa xəbərindən sonra İranın səhm bazarı 2 min bəndlik düşüş yaşayıb.

***

İranın xarici işlər naziri Mohammad Javad Zarif istefa verdi

İranın xarici işlər naziri Mohammad Javad Zarif istefa verib. O bu barədə məlumatı fevralın 25-də özünün Instagram səhifəsində yayıb.

"Əziz və möhtərəm İran xalqına ötən 67 ay üçün təşəkkürümü bildirirəm. Xidmət göstərməkdə davam edə bilmədiyim üçün və bu xidmət vaxtı baş vermiş çatışmazlıqlara görə səmimiyyətlə üzr istəyirəm. Mən İran xalqına və rəsmilərinə təşəkkürümü bildirirəm”.

IRNA agentliyi bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Zarifin Instagram səhifəsində yazdığı xəbərin doğruluğunu təsdiqləyib.

Zarifin istefasının səbəbləri barədə məlumat verilmir. Lakin İranın yarımrəsmi Təsnim agentliyi bildirir ki, xarici işlər nazirinin istefa verməsi barədə xəbər doğrudur.

Prezident Rohaninin bu istefanı qəbul edib-etməyəcəyi məlum deyil.

Xarici işlər naziri kimi Zarif dünya gücləri – Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyadan ibarət P5+1 qrupu ilə danışıqlara rəhbərlik edib.

Bu danışıqlar 2015-ci ildə İranla Qərb arasında tarixi nüvə sazişinin imzalnması ilə nəticələnib.

Bu sazişin şərtlərinə görə İran özünün nüvə proqramını məhdudlaşdırmalı, əvəzində onun üzərindəki beynəlxalq sanksiyalar qaldırılmalıydı.

Lakin ABŞ prezidenti Donald Trump may ayında Birləşmiş Ştatların bu sazişdən çıxdığını və Tehran üzərinə ABŞ sanksiyalarının bərpa ediləcəyini bəyan etdi.

Trump İranın “dünyanın bir nömrəli terror dəstəkçisi” olduğunu iddia edir. O bəyan edib ki, onun administrasiyası İrana münasibətdə çox sərt siyasət yürüdəcək.

Lakin bu sazişin başqa imza tərəfləri ABŞ-ın təzyiqinə baxmayaraq İranla sazişə sadiq qalacaqlarını bəyan ediblər.

Bununla belə ABŞ-ın sanksiyaları bərpa etməsi İran iqtisadiyyatını ağır vəziyyətə salıb. Prezident Rohani son 40 ildə iqtisadiyyatın bu qədər çətin durumda olmadığını etiraf edib.

Zarif 2013-cü ildən ölkəsinin xarici işlər naziridir. O bu vəzifədə İran Atom Təşkilatının indiki rəhbəriAli Akbar Salehini əvəz edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG