Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 10:33

Mogherini Lavrova deyib: Sanksiyalar qüvvədə qalır


Avropa İttifaqının xarici siyasət rəhbəri Federica Mogherini Rusiyaya bildirib ki, Aİ Moskva ilə daha yaxşı münasibətlər istəyir. Bununla yanaşı Aİ özünü elə göstərə bilməz ki, guya Moskva Krımı ilhaq etməyib.

Xanım Mogerini bəyan edib ki, Rusiya üzərindəki sanksiyalar qüvvədə qalacaq.

Avropa İttifaqı xarici işlər komissarı Mogherini aprelin 24-də son iki ildə Moskvaya ilk səfərini edib və burada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.

Bu danışıqlardan sonra keçirilən mətbuat konfransında Mogherini Moskvanı Çeçenistanda homoseksuallara qarşı zorakılıqlara və qanun pozuntularına görə tənqid edib.

O deyib ki, Rusiya hökuməti ölkənin bütün vətəndaşlarının haqlarını müdafiə etməyə borcludur.

Rusiyanın “Novaya qazeta” qəzeti aprelin 1-də, Çeçenistanda gey olduqları düşünülən 100-dək insanın saxlanması və onlardan azı 3-nün öldürülməsi barədə məqalə dərc etmişdi.

Bundan sonra Çeçenistandan qaça bilmiş geylər AzadlıqRadiosuna orada başlarına gələnlər barədə məlumat vermişdilər.

Prezident Vladimir Putinin sözçüsü demişdi ki, geylərlə zorakı münasibət barədə yazılmış məqalənin sübutları yoxdur.

Lavrov Mogherini-nin tənqidlərinə cavab verərkən əsəbi şəkildə bidlirib ki, Rusiya,Avropa İttifaqı Moskva ilə “sektor danışıqlarını” bərpa edənədək insan haqları ilə bağlı heç bir məsələnin əhəmiyyətli müzakirəsinə başlamayacaq.

Mogherini və Lavrov habelə Suriya hökumətininİdlib vliayətində dinc əhaliyə qarşı sarin qazından istifadə etməsinə dair Qərbin narahatlığı məsələsində də dil tapa bilməyiblər.

Bu hücum nəticəsində 80 mülkinin həlak olduğu bildirilir.

Mogherini deyib ki, Aİ-Rusiya münasibətləri “dondurulmayıb” və Avropa Rusiya ilə daha yaxşı münasibətlər istəyir, lakin iki tərəf arasında Ukrayna və Suriya kimi məsələlərdə fikir ixtilafının davam etməsi daha yaxın əlaqələrin inkişafına əngəl yaradır.

Mogherini deyib ki, “biz sanksiyaların mövcud olduğu bir vaxtda bir-birimizi strateji partnyor adlandıra bilmərik”.

Avropa İttifaqı, Birləşmiş Ştatlar və bir sıra başqa ölkələr Rusiyanın Qara dənizdəki Krım yarımadasını ilhaq etməsi ilə bağlı 2014-cü ildə Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.

Qərb Moskva üzərinə həm də Rusiyanın Ukraynanın şərqində separatçı hərəkatı qızışdırdığına görə sanskiayalr qoyub.

Moskva bu sanksiyalara cavab olaraq Qərbdən ərzaq mallarının idxalına qadağan qoyub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG