Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

‘Qızıl top’ mükafatını Modric aldı


Luka Modric
Luka Modric

Real Madrid futbol klubunun yarımmüdafiəçisi Luka Modric “Qızıl top” (Ballon d'Or) mükafatına sahib olaraq Lionel Messi və Cristiano Ronaldo-nun on illik hegemonluğuna son qoyub.

33 yaşlı Modric-in nüfuzlu mükafata layiq görülməsi dekabrın 3-də Parisdə bəyan edilib. Beləliklə o Ronaldo-nu və Dünya Kubokunun mükafatçılarından Antoine Griezmann-ı geridə qoyub.

Qadınlar üçün Qızıl top mükafatının ilk qalibi Ada Hegerberg olub
Qadınlar üçün Qızıl top mükafatının ilk qalibi Ada Hegerberg olub

Modric ötən may ayında Real Madrid komandasının Çempionlar Liqasının qalibi olmasında və Xorvatiya millisinin Rusiyada keçirilən Dünya Kubokunun finalına çıxmasında həlledici rol oynayıb.

Kaka bu mükafatı 2007-ci ildə aldıqdan sonra “Qızıl topa” hər dəfə Ronaldo və Messi sahib olurdular.

Fransalı Mbappe isə “Kopa” mükafatının ilk laureatı olub. Bu mükafat 21 yaşdan gənc futbolçular üçün nəzərdə tutulub.

Qadınlar üçün “Qızıl top” mükafatı da bu il ilk dəfədir ki, verilib. Mükafata Norveç yığmasının hücumçusu Ada Hegerberg Fransanın Lyon klubunu Çempionlar Liqasının qalibi etdiyinə görə layiq görülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG