Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 18:20

Qarabağın erməni nümayəndəsi sual verdi: ‘Xalq, siz sülhə hazırsınızmı?’


Vitaly Balasanian
Vitaly Balasanian

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan yanvarın 28-də ölkədə keçirilən ordu günü münasibətilə Yerablur hərbi panteonuna baş çəkərkən, onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Parisdə keçirilmiş görüşünə dair jurnalistlərin suallarına cavab verib.

Mnatsakanyan vurğulayıb ki, Ermənistan üçün danışıqlar prosesində ən mühüm olan “Qarabağın təhlükəsizliyi və statusuna” aid olan məsələlərdir:

“Biz bu görüşümüzdə sülh tənzimləməsinə dair sırf ATƏT-in Minsk qrupu çərçivəsində olan bütün əsas prinsipləri vurğuladıq. Biz bu mənada sülhə xidmət edən atmosferin yaradılması mühümlüyünü vurğuladıq. Ən ümdəsi isə biz bəyan etdik ki, Ermənistan üçün Qarabağın statusu və təhlükəsizliyi prioritet məsələlər olaraq qalır”.

Zohrab Mnatsakanyan
Zohrab Mnatsakanyan

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə Mnatasakanyan habelə bu danışıqlarda erməni tərəfinin öz mövqelərindən geri çəkilmədiyini bildirib, lakin o ictimaiyyətdə fərqli şərhlərin olmasından narahatlığını ifadə edib:

“Cəmiyyətimizdə bizim özümüzə inamımızı itirdiyimizə dair guya hansısa təslimçi əhval-ruhiyyələrin olması məndə müəyyən dərəcədə təəccüb doğurdu. Mən əminəm ki, cəmiyyətimizdə belə bir hal baş vermir. Mən əminəm ki, nəyinsə hansısa bir şəkildə baş verdiyini və bizim hansısa şəkildə mövqelərimizdən çəkiləcəyimizi hansısa bir şəkildə görməyə ehtiyac yoxdur”.

Bu sual-cavabda “Dağlıq Qarabağ Təhlükəsizlik Şurası” adlanan qurumun üzvü Vitaly Balasanian da Mnatsakanyana sual verib:

“...əvvəlcə regionda sülh müqaviləsi imzalanmalıdır. Əgər bizim sülh müqaviləmiz yoxdursa, beynəlxalq icmanın tanıdığı o sənəd bizdə yoxdursa, onda bu nə söhbətdir ki, xalqları sülhə hazırlayın. Xalq, indi mən sual verirəm: siz sülhə hazırsınızmı? Bunu etmək üçün bizə o format, o sənəd lazımdır. Biz ki, münaqişəli xalq deyilik. Biz sülhə həmişə hazır olmuşuq”.

Xatırlatma

Yanvarın 23-də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinian Davosda qeyri-rəsmi görüş keçirib.

Bu il yanvarın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilmişdi.

Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirirdi ki, 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı, çox müsbət fikir mübadiləsi aparılıb.

Eyni zamanda vurğulanırdı ki, danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yolları müzakirə edilib.

XS
SM
MD
LG