Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:10

MN: ‘Ermənistana məxsus növbəti PUA vurlub’


İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.

Bu barədə bu gün, iyulun 22-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, həmin PUA vasitəsilə Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki Azərbaycam mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərilib.

MN qeyd edib ki, Hava Hücumundan Müdafiə bölmələri Ermənistanın PUA-sını dərhal aşkar edərək vurub.

Azərbayan Müdafiə Nazirliyi vurğulayıb ki, bu son iki gündə vurulan 3-cü Ermənistan PUA-sıdır.

Bundan əvvəl Azərbaycanın işğal altındakı bölgəsində silahlı bölmələrin pilotsuz uçuş aparatı vurduqları bildirilmişdi. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yaymışdı.

Məlumatda qeyd olunurdu ki, ORBITER-3 pilotsuz uçuş aparatı (PUA) iyulun 18-i saat 06:38 radələrində kəşfiyyat uçuşu keçirərkən vurulub. Amma həmin məlumata Azərbaycan Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmamışdı.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir

Şərhlər

XS
SM
MD
LG