Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 03:20
Etiraza çıxanların həbs kadrları
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Etiraz edənlərin saxlanması, 19 oktyabr 2019

Milli Şuranın Bakıda etiraz aksiyası- Əli Kərimli azadlığa buraxılıb, başında xəsarətlər var...

Milli Şura Bakıda etiraz aksiyasına cəhd edir, təşkilatçılar, o cümlədən AXCP sədri Əli Kərimli saxlanıb.

Milli Şura Bakıda etiraz aksiyasına cəhd edir, təşkilatçılar, o cümlədən AXCP sədri Əli Kərimli saxlanıb.

Mitinqöncəsi görüntü, 19 oktyabr 2019

Bakı, 19 oktyabr 2019
Bakı, 19 oktyabr 2019


Milli Şuranın aksiyalarda tələbləri isə dəyişməz qalır. Təşkilatçıların bildirməsinə görə, bura siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi tələblər daxildir.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.

Bakı, 19 oktyabr 2019
Bakı, 19 oktyabr 2019


Bəzi hakimiyyət rəsmiləri də habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

Bakı, 19 oktyabr 2019
Bakı, 19 oktyabr 2019


2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

Oktyabrın 19-u Demokratik Qüvvələrin Milli Şurası Bakıda etiraz aksiyası keçirir.

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-na planlaşdırılan aksiyası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərinn heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi.

Bundan sönra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan edib ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

Bakı, metronun 28 may stansiyasının qarşısındakı meydan 19 oktyabr 2019

Öz növbəsində, Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq da bu mitinqlə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan yerdə aksiyanın keçirilməsinə imkan verilməyəcək: «…Hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək».

Şəhərin mərkəzinə aid əksər küçələrin polisin nəzarətinə götürüldüyü bildirilir.Bakının mərkəzi hissəsindəki metro stansiyalarının işləməməsinin səbəb göstərilərək, bir çox paytaxt sakinlərinin ora buraxılmadığı deyilir.

Orada paytaxt sakinlərinə alternativ nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir.

İnternetdə kəsintilər yaranıb

Bu gün, oktyabrın 19-da günorta saatlarından etibarən Bakının bir sıra yerlərində internetdə kəsintilər olduğu bildirilir. Sakinlərinin verdiyi məlumata görə, belə hallar xüsusilə Bakının mərkəzi ərazilərdə daha çox müşahidə edilir.

Məsələyə, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Əli Kərimli saxlanıb

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) sədri Əli Kərimli saxlanıb. Onu evinin qarşısındaca saxlayaraq aparıblar. Onunla birgə bir çox şəxslərin də saxlandığı qeyd edilir.

Verilən məlumata görə, Əli Kərimli saxlanarkən yaxınlıqdakı onlarla şəxs “ azadlıq” şüarı səsləndiriblər. Onlardan da saxlananlar olub.

Amma, bu məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG