Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:21

Misir ehramlarının yaxınlığında bomba partladılıb


Misir rəsmilərinin bildirdiyinə görə Giza ehramlarının yaxınlığında yolkənarı bombanın partlayışı nəticəsində turist avtobusunda gedən iki vyetnamlı həlak olub, daha 12 nəfər yaralanıb.

Dekabrın 28-də yaralananlardan 10-u vyetnamlı, ikisi misirlidir.

Bomba partlayarkən avtobus paytaxt Qahirənin cənubundakı Marutiya ərazisindən keçirdi.

Reuters agentliyinin hadisə yerində olan müxbiri xəbər verir ki, partlayış nəticəsində əzilmiş avtobus hələ də polis kordonunun içərisindədir.

Son vaxtlar Misirin əsas milli gəlirini təşkil edən turizm yenicə dirçəlməyə başlayıb. Bu ölkəyə turistlərin gəlişi 2011-ci ilin üsyanından bəri xeyli azalmışdı.

Bu, son iki ildə turistləri hədəfləyən ilk partlayışdır.

XS
SM
MD
LG