Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:49

Bakı ilə Kiyev Dağlıq Qarabağ və Donbas mallarına qadağa qoyub


Ukrayna ilə Azərbaycan, mərkəzi hakimiyyətlərin razılığı olmadan separatçı Dağlıq Qarabağ və Ukraynanın Donbas vilayətində istehsal olunan malları ölkəyə buraxmamaq razılığna gəliblər.

Bunu İnterfaks agentliyinə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mishenko deyib.

“Prezident Petro Poroshenkonun Bakıya səfəri zamanı hər iki ölkə rəhbəri gömrük qurumlarının rəhbərlərinə bu ölkələrin işğal edilmiş ərazilərindən gələn malların buraxılması məsələsinə bağmağı tapşırıblar.Gömrük rəhbərləri görüşərək mexanizm hazırlayıblar. Həmin mexanizmə əsasən mərkəzi hakimiyyətlər-Bakı və Kiyevin icazəsi olmadan bu ərazilərdən mal gətirilə bilməz” Mishenko deyib.

Diplomat bildirib ki, Dağlıq Qarabağda istehsal olunan mallar Ukraynaya yalnız rəsmi Bakının razılığı ilə gətirilə bilər.

Həmçinin Azərbaycan Donbasdan gətirilən mallara eyni cür yanaşır.

“Misal üçün, şampan etiketlərini götürək. Əgər orda Ukrayna, Artyomovsk zavodu (Donbas) sözləri yazılıbsa, deməli hər şey normaldır. Yox əgər hansısa Novorossiya və ya bu ruhda nəsə yazılıbsa, təbii ki, Azərbaycan onu qəbul etməyəcək. Həmçinin Kiyev Dağlıq Qarabağdan olan məhsullara eyni cür yanaşır” səfir bildirib.

Səfir qeyd edib ki, prezidentlər danışan kimi qayda qüvvəyə minib, burda hansısa hökumətlərarası razılaşma imzalamağa ehtiyac yoxdur, müvafiq razılaşmanı gömrük qurumlarının rəhbəri imzalayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG