Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:49

Hüquq müdafiəçisi təhdid olunduğunu deyir


Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisinin hədələnməsi məsələsində SOCAR-ın adının hallanmasına bu qurumdan münasibət bildiriblər.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib: «Bu məsələnin hər hansı şəkildə bizim şirkətə aidiyyəti yoxdur və ola da bilməz».

+++

«Son 10-12 gündə sosial şəbəkə vasitəsilə ciddi təhdidlərə məruz qalıram».

Bunu AzadlıqRadiosuna Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisinin deməsinə görə, dekabrın 27-də Səngəçalda qaz kəmərində baş verən partlayış barədə informasiya yaydıqdan sonra bu təhdidlər artıb:

«Hələlik, ad çəkmək fikrində deyiləm. Odur ki, ad verməyəcəyəm, amma mənə qarşı təxribatlar var. Tələb edirlər ki, qəzalar barədə danışmayım, SOCAR-ı tərifləyim. Təxribata çəkirlər. Qəzalar barədə, siyasi məhbuslar haqda yazdığıma görə Prezident Aparatına xəbər verdiklərini bildirirlər».

Buna da bax-'Bu hadisələr məsuliyyətsizliyin, qohumbazlığın nəticəsidir'

M.Qəhrəmanlı bu təhdidin rəsmi səviyyədə olmasına inanmır. Bunu daha çox ayrı-ayrı məmurların əməli sayır: «Mən daim neftçilərin iş şəraitinin pis olması ilə bağlı dövlət qurumlarını tənqid etmişəm, indi də edirəm. Qəzalara, itkilərə görə məmurları təqsirli bilmişəm, gənclərin əsassız həbslərinə görə onları tənqid etmişəm».

M.Qəhrəmanlı vurğulayır ki, şəxsinə olan təhdidlərlə bağlı məsələni ictimailəşdirməkdə məqsədi özünü sığortalamaqdır: «Hakimiyyət həbs edir, bu məsələdə isə ayrı-ayrı adamlar var, burada gözlənilməz çox şey ola bilər. Amma, hələlik, şikayət etməyəcəyəm, amma məsələ daha da ciddiləşsə, o zaman bunu edəcəyəm».

Hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, SOCAR-dan münasibət almaq mümkün olmayıb.

Qaz borusunun partlayış görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

XATIRLATMA

Dekabrın 27-i saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.

Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.

Yanvarın 2-si kəmərin eyni yerində təkrar yanğın olub. Bu zaman isə yanğının söndürülməsinə bir neçə saat sərf edilib.

XS
SM
MD
LG