Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:04

'Bu hadisələr məsuliyyətsizliyin, qohumbazlığın nəticəsidir'


Səngəçal, arxiv
Səngəçal, arxiv

Səngəçal qəsəbəsində 6 gün əvvəl partlayış baş vermiş qaz kəmərində yanvarın 2-də yenidən yanğın oldu. Özü də eyni yerdə. SOCAR-ın niyə gah dənizdə estakadası uçur, gah quruda qaz kəmərində partlayış olur. Bütün bunlara səbəb nədir?

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın sədri Mirvari Qəhrəmanlı deyir ki, Səngəçalda baş verən hadisə təxribat deyil. Onun sözlərinə görə, bu hadisəyə kim təxribat donu geyindirməyə çalışırsa, SOCAR-ı təmizə çıxarmağa çalışır.

Hüquq müdafiəçisi deyir ki, indiki hadisələr mənəvi korroziyannın nəticəsidir. Mirvari Qəhrəmanlının fikrincə son hadisələrin əsas səbəbi olan mənəvi korroziya korrupsiyanın, məsuliyyətsizliyin, qeyri-peşəkarlığın, qohumbazlığın, səriştəsiliyin, məsuliyyətsizliyin nəticəsidir. Eyni zamanda hüquq müdafiəçisi SOCAR-ın ikinci dövlət büdcəsinə çevrilməsini də bu səbəblərin içərisində görür.

Mirvari Qəhrəmanlı: "mənəvi korroziya..."
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00
Direct-ə keçid

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin fikrincə, bu birmənalı olaraq səhlənkarlığın nəticəsidir.

Onun sözlərinə görə əməyin təhlükəsiliyi qaydalarına nəzarət edən qurumlar öz işlərinin nəticəsindən gələ bilmirlər. Əliməmməd Nuriyev deyir ki, bundan başqa ola bilsin ki, qəza baş verən obyektlərin istismar müddəti bitib, yeniləri ilə əvəz olunmalıdır.

SOCAR-ın bir Azərbaycan brendi olduğunu, onun transmilli şirkət olduğunu xatırladan Əliməmməd Nuriyev belə halların onun imicinə mənfi təsir etdiyini vurğulayır. Onun sözlərinə görə bu hadisələr ciddi araşdırılmalıdır. Əliməmməd Nuriyev deyir ki, bu hadisə bir dəfə baş versəydi bunu anlamaq olardı. Amma ardıcıl olaraq baş verirsə deməli sistemdə problemlər var.

Əliməmməd Nuriyev: "səhlənkarlığın nəticəsidir"
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00
Direct-ə keçid

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Orucun fikrincə kəşfiyyat məlumatlarına malik olmadan bu hadisələrin hansısa amillə bağlı olduğunu dəqiq söyləmək çətindir. Deputat bu hadisələrdə kənar amillərin rolunun ola biləcəyini də istisna etmir.

Zahid Orucun sözlərinə görə burda başqa amillərin rolunun olması ilə bağlı ehtimallar olsa da, Azərbaycanın xüsusi xidmət orqanlarının gücü çatacaq ki, bu elementlərə qarşı ciddi zərbələr vurulsun.

Zahid Oruc: "kəşfiyyat məlumatlarına malik olmadan..."
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG