Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:50

Miqrantlar yenə zorla Polşaya keçməyə çalışıblar


Miqrantlar sərhəddə
Miqrantlar sərhəddə

Polşanın Müdafiə naziri Marius Blaszak noyabrın 19-da deyib ki, düşərgələr bir gün öncə yığışdırılsa da, hələ də sərhədi daha kiçik qruplarla keçmək cəhdləri var

Polşa hakimiyyəti ötən gecə az sayda miqrantın Belarusla sərhədi keçməyə çalışdığını bildirib. Belarus düşərgələrin bəzilərini yığışdırın, yüzlərlə miqrant isə geriyə – İraqa göndərilib.

Həftələrdir Avropa Birliyinin şərq sərhədində davam edən gərginliyin nisbətən səngidiyi görünür. Amma problem hələ həll olunmayıb, AB Minskin 2 min miqrantı qəbul etmək təklifini rədd edib.

AB Belarus lideri Alyaksandr Lukaşenkanı blokun sanksiyalarına cavab olaraq onun sərhədlərinə miqrant yığmaqda suçlayır. Sanksiyalar ötən həftə mübahisəli prezident seçkisindən sonra etirazçılara divan tutulmasına görə qoyulub. Qərb həmin seçkinin saxtalaşdırıldığını deyərək Lukaşenkanı tanımayıb.

Polşanın Müdafiə naziri Marius Blaszak noyabrın 19-da deyib ki, düşərgələr bir gün öncə yığışdırılsa da, hələ də sərhədi daha kiçik qruplarla keçmək cəhdləri var.

Polşa Sərhəd Xidməti noyabrın 18-də sərhədi 255 qanunsuz keçmə cəhdinin olduğunu bildirir.

Xəsarət alanlar var

Miqrantların bəzilərinin Polşa sərhədçilərinə daş atdığı, hətta gözyaşardıcı qaz buraxdığı, Belarus tərəfdən isə lazerlə onların gözünə işıq salındığı bildirilir.

Dörd polşalı əsgərin xəsarət aldığı, amma hospitalizasiyaya ehtiyac olmadığı xəbər verilir.

Belarusun dövlət mediası 2 minədək miqrantın qızdırılan logistika anbarına köçürüldüyünü bildirib. Onların döşəmədə döşəklərin üstündə əyləşməsinin fotoları yayılıb.

Sərhəd yaxınlığında meşələrdə isə 10-dək miqrantın öldüyü güman edilir.

Noyabrın 18-də 430 iraqlı miqrant Minskdən İraqa yola salınıb.

Lukaşenkanın sözçüsü hazırda ölkədə 7 minədək miqrantın olduğunu, onların 2 mininin sərhəd yaxınlığındakı ərazilərə yerləşdiyini söyləyib.

XS
SM
MD
LG