Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:48

"Avropa İttifaqı intihar edir"


-

Slovakiyanın baş naziri Robert Fico Avropa İttifaqının miqrasiya siyasətini "ritual sui-qəsdi" adlandırıb.

"Əgər Avropa sərhəd və sahil mühafizə xidmətini yalnız 2016-cı ilin sonunda, yaxud 2017-ci ildə yaratsa onda Avropa İttifaqı özü özünü öldürmüş olacaq," -deyə baş nazir qeyd edib.

Baş nazir Çexiyanın "Pravo" qəzetinə müsahibəsində deyib ki, qaçqınların Avropa İttifaqı ölkələrində yerləşdirilməsi ilə bağlı məcburi kvota sistemi tam fiaskodur, çünki miqrantları, xüsusən də Yaxın Şərq ölkələrindən gələnləri slovak cəmiyyətinə inteqrasiya etmək qeyri-mümkündür.

Onun sözlərinə görə, Avropa kvota məsələsini müzakirə edənə qədər hər gün minlərlə miqrant Avropaya gəlir:

"Əgər müvəqqəti, yaxud daimi kvotalar əsasında kimsə bizi adətləri və dini tamamilə fərqli, çoxu da cavanlar olan 50 min insanı qəbul etməyə məcbur etsə, mən təsəvvür edə bilmirəm ki, biz onları necə inteqrasiya edə bilərik. Biz bunu edə bilmərik," - deyə baş nazir bildirib:

"Onlar öz qapalı mühitlərində qalacaq, orada öz qaydaları ilə yaşayacaqlar. Bax elə buna görə də mən deyirəm ki, bu ideya yanlış və davamsızdır."

Vişeqrad qrupu ölkələri - Macarıstan, Polşa, Slovakiya və Çexiyanın daxili işlər nazirlərinin yanvarın 19-da baş tutmuş görüşündə nazirlər Avropa Komissiyasının qaçqınların Aİ ölkələri arasında bölüşdürülməsi üçün daimi mexanizmlər yaratmaq planlarına qarşı çıxmışdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG