Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 06:56

Azı 21 miqrant həlak olub


Yunanıstanda miqrantlar və qaçqınlar

-

Yunanıstan sahillərində 2 qayıqda azı 21 nəfər həlak olub.

Yunanıstan sərhədçiləri yanvarın 22-də bildirib ki, 48 nəfəri daşıyan qayıq Farmakonissi adası yaxınlığında batıb. 40 nəfər sahilə çata bilib, bir qız xilas olunub, 7 nəfərin meyiti çıxarılıb.

Kalolimnos adası yaxınlığında isə bir qayıqda 26 nəfər xilas olunub, 14 meyit çıxarılıb. Axtarış əməliyyatları davam edir.

Minlərlə qaçqın və miqrant Türkiyədən Yunanıstana təhlükəli səfər çıxır, Avropa Birliyində sığınacaq almağa ümid edirlər.

Qışda bu səfər daha təhlükəli olur.

XS
SM
MD
LG