Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 12:00

Həmsədr ölkələrdən Qarabağ bəyanatı


John Kerry və Sergei Lavrov

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri (XİN)- John Kerry (ABŞ), Sergei Lavrov (Rusiya) və Jean-Marc Ayrault (Fransa) Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıb.

AZƏRTAC-ın xəbərinə görə, XİN rəhbərləri bəyanatda münaqişənin danışıqlar yolu ilə həllinə tam sadiq qaldıqlarını bildirirlər. «Biz aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, həmçinin güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı ifadə edirik. Güc tətbiqini və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik», - deyən nazirlər münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Onlar qeyd ediblər ki, dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir.

Buna da bax-Prezidentlərə müraciət: 'Xalqlar münaqişədən yorulub'

Bəyanatda region xalqlarını barışığa aparan yeganə yolun sülh olduğu qeyd edilir. XİN rəhbərləri tərəfləri atəşkəs haqda razılaşmaya sadiq qalmağa çağırırlar.

Bəyanatda o da vurğulanır ki, həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

XS
SM
MD
LG