Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Minsk dünya çempionatının ev sahibliyindən məhrum edildi


Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin həvəskar matçı zamanı
Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin həvəskar matçı zamanı

Beynəlxalq Xokkey Federasiyası bildirib ki, 2021-ci ilin Dünya Çempionatı “ondan asılı olmayan” təhlükəsizlik mülahizələri ilə Minskdə keçirilməyəcək.

Yanvarın 18-də verilmiş bu bəyanatdan əvvəl Avropa ölkələri və çempionatın keçirilməsi üçün Belarusa sponsorluq edən təşkilatlar may-iyun aylarında keçiriləcək çempionatın yerinin dəyişdirilməsinə çağırırdılar.

Buna səbəb bu ölkədə ötən ilin avqustunda keçirilmiş mübahisəli seçkidən sonra hakimiyyətin müxalifət və etirazçılar üzərinə hücumlarının ara verməməsi idi.

Dünya Xokkey Federasiyası bildirib ki, belə bir şəraitdə komandaların və idmançıların təhlükəsizliyinə təminat verilə bilməz.

Federasiyanın prezidenti Rene Fazel bildirib ki, çempionatın keçirilməsi üçün Minsk/Riganın ev həmsahibliyindən imtina edilməsi təəssüf doğurur:

“Bu proses ərzində biz inandırmağa çalışdıq ki, Dünya Çempionatından Belarusda baş verən ictimai-sosial məsələlərdə barışıq üçün alət kimi istifadə etmək olar”.

Bəyanatda deyilir ki, çempionatlardan “siyasi təbliğat üçün istifadə edilməsi yolverilməz olsa da, tədbirin Minskdə keçirilməsi məqsədəuyğun olmazdı, çünki bu ölkədə həllini gözləyən daha böyük problemlər var”.

“Çox müdrik addım”

Cənab Fazel deyib ki, belə bir vəziyyətdə komandaların, tamaşaçıların və rəsmilərin təhlükəsizliyi prioritetdir.

Belarusun sürgündə olan müxalifət lideri Svyatlana Tsixanovskaya bu bəyanatı alqışlayıb və “insan haqları və ədalətli idmanın dəstəklənməsində çox müdrik addım” adlandırıb.

Belarus müxalifəti və Latviya da daxil Avropa ölkələri Belarus prezident Alyaksandr Lukaşenkanın müxalifətə və etirazçılara sərt divan tutumasına görə çempionatın Minskdə keçirilməməsinə çağırıdılar.

Federasiyanın qərarı Rusiya prezidenti Vladimir Putin kimi özünü xokkey həvəskarı kimi təqdim etməyi sevən Lukaşenkaya ağır zərbə olub.

Sponsorlar xəbərdarlıq edirdilər

Çexiyanın Skoda Auto avtomobilqayırma şirkəti və başqa sponsorlar Belarusda keçirilən çempionatı maliyyələşdirməyəcəkləri barədə xəbərdarlıq vermişdilər.

Bundan başqa həm də Belarusun koronavirus pandemiyası ilə mübarizəsinin yarıtmazlığı tənqid olunurdu.

Federasiya bildirib ki, indi şura Latviyanın ev sahibi kimi statusu barədə qərar çıxarmalıdır.

Bu da qeyd olunur ki, pandemiyaya görə çempionat yalnız bir idman kompleksində keçirilməlidir.

İndi bu çempionat ya yalnız Latviyada keçiriləcək və ya Danimarka və Slovakiyanın namizədliyi müzakirə olunacaq.

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib ki, onun ölkəsi çempionata ev sahibliyi öhdəliyinə sadiq qalır və hazırda bununla bağlı təkrar qiymətləndirmə aparır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG