Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:12

Şaxta babaya görə ittihamla üzləşdi


İttihama səbəb olmuş Şaxta baba
İttihama səbəb olmuş Şaxta baba

Leanid Sudalenkanın sözlərinə görə, kişi polisə deyib ki, ittiham artıq ərimiş Şaxta babaya verilməliydi

Belarusda polis bir kişiyə evinin həyətində düzəltdiyi Şaxta babaya görə ittiham irəli sürüb. Bu ölkədə bir neçə aydır Alyaksandr Lukaşenkanın istefası tələbiylə aksiyalar keçirilir.

Qomel rayonunda düzəldilmiş Şaxta babanın üzərinə etiraz hərəkatının populyar “Yaşasın Belarus” şüarı həkk olunubmuş.

Yerli insan haqları müdafiəçisi AzadAvropa/AzadlıqRadiosu-nun Belarus xidmətinə deyib ki, dekabrın 29-da polis həmin şəxsin icazəsiz piket keçirdiyini bildirib.

Leanid Sudalenkanın sözlərinə görə, kişi polisə deyib ki, ittiham artıq ərimiş Şaxta babaya verilməliydi.

“Kişi təklif eləyib ki, polis şaxta babaya ittiham versin, çünki piketi o keçirib. İndi nə qar qalıb, nə Şaxta baba, amma həmin şəxs məhkəməyə çıxarılacaq”, – Sudalenka deyib.

Lukaşenka 1994-cü ildən hakimiyyətdədir, 9 avqust seçkisindən sonra etirazçılar onun istefasını tələb edirlər.

O vaxtdan 30 minədək etirazçı saxlanıb, yüzlərlə şəxsin saxlanarkən və nümayişlər zamanı döyüldüyü bildirilir.

Avropa Birliyi və Birləşmiş Ştatlar Lukaşenkanı ölkə lideri kimi tanımır, ona və aparıcı rəsmilərinə sanksiyalar tətbiq edib.

Seçkidə 66 yaşlı Lukaşenkanın altıncı müddətə prezident seçildiyi açıqlanıb. Ancaq müxalifət seçkinin saxtalaşdırıldığını deyir, lideri Svetlana Tixanovskayanı əsl qalib adlandırır. Tixanovskaya seçkidən az sonra Litvaya getməyə məcbur qalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG