Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:13

Minimum aylıq əməkhaqqı 180 manat olur


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev bu gün, fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam verib.

AZƏRTAC-ın xəbərinə görə, bununla “Minimum aylıq əməkhaqqının artırılması haqqında” prezidentinin 2017-ci il dekabrın 25-də verdiyi sərəncama dəyişiklik edilib.

Yeni sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Xatırlatma

Prezident sonuncu dəfə 2017-ci il dekabrın 25-də minimum aylıq əməkhaqqını artırmışdı. Onda 2018-ci il yanvarın 1-dən bu məbləğ 116 manatdan 130 manata qaldırılmışdı.

XS
SM
MD
LG