Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:00

Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb

Sentyabrın 17-də Milli Şura Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçirib

Mitinqin əsas şüarı «Monarxiyaya yox! Talana son!» idi.

16:46 17.9.2016

Saxlananlar buraxılıb

Mitinq ərəfəsində saxlanan AXCP üzvlərinin hamısı buraxılıb. Xəbəri təşkilatçılar bugünkü mitinqdə səsləndirib.

16:58 17.9.2016

Yolları kəsiblər

«11 sentyabr mitinqi bu hakimiyyəti qorxuya salıb. Mitinqə gələn insanların yolları kəsilib. Saatlıda, Sabirabadda, Sumqayıtda mitinqə gələnlərin qarşısı alının. Ağsuda onlarla insanlar geri qaytarılıb. Digər rayonlarda da vəziyyət belədir».

Bunu mitinqdə AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.

17:11 17.9.2016

'Ölkənin taleyi… meydanlarda həll olunacaq'

«Biz sentyabrın 26-da keçiriləcək referenduma bu gündən «yox» deyirik. Öz hakimiyyətinin uzatmaq haqda düşünənlər niyə Qarabağın azad olunması haqda düşünmürlər? Niyə 7 kvadrat torpaq azad edə bilməyənlər hakimiyyətlərini 7 il uzatmaq istəyirlər?».

Bunu sentyabrın 17-də keçirilən mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli deyib.

Cəmil Həsənli bildirib ki, Milli Şuranı ya Rusiya layihəsi, ya da «Qərbin 5-ci dəstəsi» adlandırırlar: «Bizim şüarımız, hədəfimiz budur ki, millətimizin gözünü xaricdən çəkməliyik, öz gücünə, iradəsinə inandırmağa çalışacağıq».

Cəmil Həsənli
Cəmil Həsənli

«Hakimiyyət hələ 1918-ci ildə əsası qoyulmuş respublika dəyərlərini məhv edən kommunist cəmdəyinin varisi olduğunu bir daha göstərdi».

Bunu Milli Şuranın lideri Cəmil Həsənli mitinqdəki çıxışında deyib.

«23 il ərzində dövlət, hakimiyyət ölkənin əsas problemlərindən birini belə həll etməyib, yalnız öz ailə hakimiyyətini əbədiləşdirmək cəhdləri ilə məşğuldur. Biz Konstitusiyaya düzəlişlərə qarşıyıq. Əliyev düşünür ki, bu düzəlişlər onun əmin-amanlığına və ömürlük hakimiyyətinə zəmanət verir. Amma ölkənin taleyi orada deyil, meydanlarda həll olunacaq, narazı xalq repressiyalara və təqiblərə baxmayaraq, öz sözünü deyəcək!»

Bundan sonra mitinq qurtarıb.

17:24 17.9.2016

Polislə qarşıdurma

Mitinqdən sonra polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Çox sayda saxlanan var.

Aksiyaçılar Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsinə aparılıblar.

Bu haqda AzadlıqRadiosunun müxbiri hadisə yerindən xəbər verib.

Milli Şuranın mitinqindən sonra polis iştirakçıları saxlamağa başlayıb
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Davamı

XS
SM
MD
LG