Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:33

Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb

Sentyabrın 17-də Milli Şura Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçirib

Mitinqin əsas şüarı «Monarxiyaya yox! Talana son!» idi.

22:43 17.9.2016

Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb

Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

21:02 17.9.2016

Şahidlər polisin aksiyaçılara hücum etdiyini deyirlər

Hələlik saxlananların bir hissəsi Bakıda polis idarələrindədirlər. Aksiyada iştirak edən şahidlərdən biri - Nailə Əliyeva baş verənləri bu cür izah edir:

“Mitinqdən sonra polis anidən “Məhsul” stadionu tərk edənlərə hücum etdi. Adamlara hücum edənlər arasında mülki şəxslər də vardı. Mülki geyimlilər tutduqlarını vurur, zorla əvvəldən gətirdikləri polsi avtobuslarına doldururdular.

Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda isə deyilir ki, Milli Şuranın mitinqindən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib. Onların qarşısı alınıb, bir neçə nəfər saxlanılıb. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır.

20:59 17.9.2016

Bakı Şəhər Baş Polis İdarəsi: Saxlananlar var

“Sentyabrın 17-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. Lakın tədbirdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər”.

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb. Bir neçə nəfər saxlanılıb. Araşdırma aparılır.

Davamı

XS
SM
MD
LG