Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:12

Polis mitinqin vaxtının dəyişməsini istəyir, amma...


Mitinq-2014
Mitinq-2014

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 11-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini Səhlab Bağırov APA-ya bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: «Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar».

Buna da bax-Şəhər rəhbərliyi Milli Şuranın mitinq istəyinə 'hə' dedi

S.Bağırov onu da qeyd edib ki, mitinqin təşkilatçılarına vaxtın dəyişdirilməsi təklif olunacaq: «Hava tez qaraldığı üçün onlara təklif edəcəyik ki, mitinqin vaxtını bir-iki saat irəli çəksinlər».

MİLLİ ŞURA TƏMSİLÇİSİ NƏ DEYİR?

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı isə deyib ki, Bakı polisinin rəhbərliyindən, hələlik, belə təklif almayıblar. Ancaq alsalar belə, indilikdə bunu mümkün saymırlar:

«Polisin bu təklifini gələcəkdə nəzərə alarıq. Ancaq bu dəfə bu mümkün deyil. Çünki aksiyanın vaxtı əvvəlcədən elan edilib. Bu əlavə çaşqınlıq yarada bilər».

Milli Şura sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma etiraz edir. Mitinq «Monarxiyaya yox! Talana son!» şüarı ilə keçirilməlidir.

Buna da bax-Mitinqlər: Müxalifətin gücü? Acizliyi?

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-na təyin olunub.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Dəyişikliklərin əleyhinə olan Milli Şura referendumu boykot etmək qərarı verib.

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG