Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:11

Milli Şura referendumu boykot etdi


Milli Şuranın mitinqi (Arxiv)
Milli Şuranın mitinqi (Arxiv)

►"Heç bir ictimai müzakirə keçirilməyib"

“Milli Şura nəticələri öncədən Prezident Administrasiyasında hazırlanan referendum tamaşasında iştirakdan və bununla da Respublika quruluşunun təməlini sarsıdan siyasi şouya legitimlik donu geyindirməkdən imtina edir”.

Demokratik Qüvvələrin Milli Şurasının avqustun 5-də yayılan bəyanatında belə deyilir.

Milli Şura bəyan edir ki, yalnız dinc mitinq və nümayişlərdə ifadə olunacaq kütləvi ümumxalq iradəsi Konstitusiyanın pozulmasının qarşısını ala bilər.

Buna da bax: KXCP referendumu boykot edəcək

“Referendum Aktı ilə bağlı təşəbbüs qanunvericiliyin kobud şəkildə pozulması ilə irəli sürülüb. Hərtərəfli hüquqi ekspertizası həyata keçirilməyib, onun Konstitusiya və beynəlxalq müqavilələrə uyğunluğu araşdırılmayıb. Ölkə həyatı üçün müstəsna əhəmiyyət daşıyan otuz dəyişikliklə bağlı heç bir ictimai müzakirə keçirilməyib. Azərbaycan xalqı dövlət və cəmiyyət həyatının bu taleyüklü hadisəsindən, faktiki olaraq, təcrid edilib ”, deyə sənəddə vurğulanır.

Milli Şura hesab edir ki, Referendum Aktında nəzərdə tutulan dəyişikliklərin başlıca məqsədi ölkədə formal xarakter daşıyan hakimiyyət bölgüsünü aradan qaldırmaqdır.

Bəyanatda vurğulanır ki, referendum xalq təmsilçiliyinin instutusional formatı olan parlamenti dişsiz və qeyri-funksional bir quruma çevirməklə sülalə hakimiyyətinin dayanıqlılığını təmin etmək məqsədi daşıyır. Habelə, bununla insan hüquq və azadlıqlarını sərt şəkildə məhdudlaşdırılacaq.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

Klassik Xalq Cəbhəsi Partiyası da referendumun boykot edilməsi ilə bağlı qərar verib. Müsavat partiyası da, təşəbbüs qrupu yaradıb onun əleyhinə təbliğat aparmaq niyyətini açıqlayıb.

Hakim Yeni Azərbaycan Partiyası ( YAP) isə referendumun xeyrinə təşviqat aparacaq.

YAP hesab edir ki, referenduma çıxarılacaq konstitusiya dəyişiklikləri dövlətin təhlükəsizliyinə və cəmiyyətin inkişafına xidmət edir.

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək.

Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG