Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:10

-

Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi 20 faiz torpağı işğal altında olan bir ölkədə iqtidarın hakimiyyətini əbədiləşdirmək cəhdidir”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sentyabrın 26-na təyin olunmuş referendumla bağlı bəyanatında belə deyilir.

Partiya hesab edir ki, Azərbaycanda qanunverici və məhkəmə hakimiyyətləri icra hakimiyyətinin əlavəsinə çevrilib.

KXCP referendumla bağlı qərarların ləğv olunması tələb edilir.
Bəyanatda qeyd edilir ki, partiya referendumun boykot edilməsi haqda qərar verib.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək. Referendum Aktının layihəsi 29 maddədən ibarətdir.

Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG